Fəxrəddin Qədirov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası materialı
Redaktənin izahı yoxdur
Sətir 40: Sətir 40:
1976 – 1980-cı illərdə Dəvəçi rayonunda fizika müəllimi,
1976 – 1980-cı illərdə Dəvəçi rayonunda fizika müəllimi,


1981 – 1988-illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda əvvəl kiçik elmi işçi (1981 – 1986), sonra böyük elmi işçi (1986 – 1988) vəzifəsində çalışıb.
1981 – 1988-ci illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda əvvəl kiçik elmi işçi (1981 – 1986), sonra böyük elmi işçi (1986 – 1988) vəzifəsində çalışıb.


1980-ci ildən Azərbaycan SSR EA Geologiya İnstitutunun qravimetriya laboratoriyasının rəhbəri, geodinamika və seysmologiya şöbəsinin müdiri olub.
1988-ci ildən Azərbaycan SSR EA Geologiya İnstitutunun qravimetriya laboratoriyasının rəhbəri, geodinamika və seysmologiya şöbəsinin müdiri olub.


2015-ci ildən AMEA Neft və Qaz institutunun direktorudur.
2015-ci ildən AMEA Neft və Qaz institutunun direktorudur.

19:26, 17 iyul 2020 versiyası

Fəxrəddin Qədirov
Qədirov Fəxrəddin Əbülfət oğlu
Fəxrəddin Qədirov
Fəxrəddin Qədirov, 2014-cü il
Doğum tarixi 19 iyul 1950 (1950-07-19) (74 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Milliyyəti azərbaycanlı
İş yeri AMEA Neft və Qaz institutunun direktoru
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Elmi adı professor
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti
Mükafatları “Şöhrət” ordeni (Azərbaycan)

Fəxrəddin Qədirov (Qədirov Fəxrəddin Əbülfət oğlu; d. 19 iyul 1954-cü ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) — geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (2014), AMEA Neft və Qaz institutunun direktoru.

Haqqında məlumatlar

19 iyul 1950-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1967-ci ildə Şəki şəhər 10 saylı orta məktəbi gümüş medalla bitirib.

1967 – 1972-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.

Əsas iş yerləri

1976 – 1980-cı illərdə Dəvəçi rayonunda fizika müəllimi,

1981 – 1988-ci illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda əvvəl kiçik elmi işçi (1981 – 1986), sonra böyük elmi işçi (1986 – 1988) vəzifəsində çalışıb.

1988-ci ildən Azərbaycan SSR EA Geologiya İnstitutunun qravimetriya laboratoriyasının rəhbəri, geodinamika və seysmologiya şöbəsinin müdiri olub.

2015-ci ildən AMEA Neft və Qaz institutunun direktorudur.

Pedaqoji fəaliyyəti

Bakı Dövlət Universiteti geologiya fakültəsinin seysmologiya və yer təkinin fizikası kafedrasının professorudur.

Elmi fəaliyyəti

Hələ tələbəlik illərində elmi tədqiqat işinə həvəs göstərmiş, Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etmiş, Bakı, Novosibirsk və Moskva şəhərlərində keçirilən tələbə elmi konfranslarında məruzələrlə çıxış etmişdir.

1984-cü ildə Gürcüstan SSR EA Geofizika İnstitutunda “Yerin üst mantiyasının iki təbəqəli modelində daxili dalğaların yaranması və sərbəst düşmə təcilinin qabarmayan dəyişməsinə təsiri” adlı mövzuda namizədlik dissertasiyası müdafiə edib.

2002-ci ildə isə “Azərbaycanın dərinlik quruluşunun ədədi qravitasiya modelləri” adlı mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

2007-ci ildə geofizika ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv,

2014-cü ildə isə həqiqi üzv seçilib.

2013 – 2020-ci illərdə AMEA Rəyasət heyətinin üzvü, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi olub.

1 elmlər doktorunun, 12 fəlsəfə doktorunun elmi rəhbəridir.

276 elmi əsərin müəllifidir, o cümlədən, bunlardan 127-si xari ölkələrdə çap olunub və 68-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda dərc olunub.

Elmi əsərlərinin adları
  1. Кадиров Ф.А. «Гравитационное поле и модели глубинного строения Азербайджана». Изд. Института геологии Nafta Press. 2000. Рецензенты: чл.корр. РАН Трубицын В.П., Проф. Никитин А.А.
  2. “Application of the Hartley transform for interpretation of gravity anomalies in the Shamakhy–Gobustan and Absheron oil-and gas-bearing regions, Azerbaijan”. Journal of Applied Geophysics. v.45, August 2000. ELSEVIER SCIENCE. Amsterdam. p.49-61
  3. FA Kadirov, A Sh Mukhtarov, Deep Structure, and Dynamics of the Lokbatan Mud Volcano Izvestiya, Izvestiya, Physics of the Solid Earth (Fizika zemli), Vol. 40, No. 4, 2004. p.327-333.
  4. Robert Reilinger, Simon McClusky, Philippe Vernant, Shawn Lawrence, Semih Ergintav, Rahsan Cakmak, Haluk Ozener, Fakhraddin Kadirov, Ibrahim Guliev, et al. “GPS constraints on continental deformation in the Africa‐Arabia‐Eurasia continental collision zone and implications for the dynamics of plate interactions”. J. Geophys. Res., 111, B05411, doi: 10.1029/2005JB004051.
  5. Fakhraddin Kadirov, Samir Mammadov, Robert Reilinger, Simon McClusky. Some new data on modern tectonic deformation and active faulting in Azerbaijan (according to Global Positioning System measurements). 2008. Proc. Sci. Earth Azerbaijan Natl. Acad. Sci 1, 82-88
  6. A Sh Mukhtarov, FA Kadirov, VA Mamedov. Reconstruction of the Surface Temperature in the Kura Depression (Azerbaijan) by the Inversion of Borehole Data. Izvestiya, Physics of the Solid Earth, 2010, Vol. 46, No. 6, pp. 524–528.
  7. Fakhraddin Kadirov, Michael Floyd, Akif Alizadeh, Ibrahim Guliev, Robert Reilinger, Sadi Kuleli, Robert King and M. Nafi Toksoz. “Kinematics of the eastern Caucasus near Baku, Azerbaijan” (2012), J. Natural Hazards , 2012, Volume 63, Issue 2 , pp 997-1006
  8. Telesca, L., Babayev, G., Kadirov, F. Temporal clustering of the seismicity of the Absheron-Prebalkhan region in the Caspian Sea area, Nat. Hazards Earth Syst. Sci., Vol. 12, 2012, pp. 3279-3285, doi:10.5194/nhess-12-3279-2012.
  9. F.A Kadirov, AG Gadirov, GR Babayev, ST Agayeva, SK Mammadov, NR Garagezova. Seismic zoning of the southern slope of Greater Caucasus from the fractal parameters of the earthquakes, stress state, and GPS velocities. 2013. Izvestiya, Physics of the Solid Earth 49 (4), 554-562.
  10. L. Telesca, M. Lovallo, G. Babayev, F. Kadirov. Spectral and informational analysis of seismicity: An application to the 1996–2012 seismicity of the Northern Caucasus–Azerbaijan part of the greater Caucasus–Kopet Dag region. 2013. Physica A: Statistical Mechanics and its Applications 392 (23), 6064-6078
  11. Kadirov, F.A., Gadirov, A.H., A gravity model of the deep structure of South Caspian Basin along submeridional profile Alborz–Absheron Sill. Global and Planetary Change, Volume 114, March 2014, Pages 66–74.
  12. Luciano Telesca, Michele Lovallo, Samir Mammadov, Fakhraddin Kadirov, Gulam Babayev. Power spectrum analysis and multifractal detrended fluctuation analysis of Earth’s gravity time series. Physica A: Statistical Mechanics and its Applications, A 428 (2015). P. 426–434. doi:10.1016/j.physa.2015.02.034
  13. Akif A. Alizadeh, Ibrahim S. Guliyev, Fakhraddin A. Kadirov, Lev V. Eppelbaum. Geosciences of Azerbaijan Volume I: Geology; 2016. Springer, 237 p.
  14. Akif A. Alizadeh, Ibrahim S. Guliyev, Fakhraddin A. Kadirov, Lev V. Eppelbaum. Geosciences of Azerbaijan Volume II: Economic Geology and Applied Geophysics; 2016. Springer, 340 p.
  15. Feyzullayev A.A., Kadirov F.A., and Kadyrov A.G. Tectono-Geophysical Model of the Southern Caspian in the Context of the Presence of Oil and Gas. Izvestiya, Physics of the Solid Earth, 2016, Vol. 52, No. 6, pp. 913–923. © Pleiades Publishing, Ltd., 2016. Original Russian Text © A.A. Feyzullayev, F.A. Kadirov, A.G. Kadyrov, 2016, published in Fizika Zemli, 2016, No. 6, pp. 139–148.
  16. Luciano Telesca, Fakhraddin Kadirov, Gurban Yetirmishli, Rafig Safarov, Gulam Babayev, Saida Ismaylova. Statistical analysis of the 2003–2016 seismicity of Azerbaijan and surrounding areas. Journal of Seismology. Journal of Seismology, November 2017, Volume 21, Issue 6, pp 1467–1485. https://doi.org/10.1007/S10950-017-9677-X
  17. Ali ELMAS, Hakan KARSLI, Fakhraddin A. KADIROV. "Lineaments in the Shamakhy-Gobustan and Absheron hydrocarbon containing areas using gravity data". Journal Acta Geophysica. December, 2017

Təltif və mükafatları

İstifadə edilmiş mənbələr

  • Məmmədov Ə., Xalıqov F. Qədirov Fəxrəddin // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 330 – 331. — 1.000 nüsx.
  • "Qədirov Fəxrəddin Əbülfət oğlu". http://www.science.gov.az/ (azərb.). science.gov.az. 17 Nov 2015 – 17 Dec 2019 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə