İsmayıl Əliyev
İsmayıl Əliyev | |
---|---|
Əliyev İsmayıl Abbasəli oğlu | |
İsmayıl Əliyev, 2013-cü il | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 sentyabr 1947 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Atası | Abbasəli Əliyev |
Təhsili |
Nuxa Musiqi Texnikumu (1962 – 1966) Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1967 – 1972) |
Üzvlüyü | Azərbaycan Bəstəkarlar İttifaqı (2013) |
İsmayıl Əliyev (Əliyev İsmayıl Abbasəli oğlu; d. 20 sentyabr 1947-ci il Bakı, Azərbaycan SSR, SSRİ ) – musiqiçi-pedaqoq, 1972 – 2017-ci illərdə Şəki Musiqi Texnikumunda əvvəl xalq çalğı alətləri şöbəsinin müdiri, sonra isə müəllim və xalq çalğı alətləri orkestrinin rəhbəri olub. Tarzən-bəstəkar və dirijor, 2013-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü və Azərbaycan Bəstəkarlar İttifaqının Şəki üzrə nümayəndəsi. Həmçinin, 1967 – 1972-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alarkən, Azərbaycan Teleradio Verilişləri Komitəsi nəzdində fəaliyyət göstərən Xalq çalğı alətləri orkestrində və Hacı Məmmədovun rəhbərlik etdiyi Xalq çalğı alətləri ansamblında saz musiqi alətində ifa edib.
Haqqında məlumatlar
20 sentyabr 1947-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1957-ci ildə Nuxa şəhərindəki yeddiillik musiqi məktəbinin tar sinfini bitirib.
1962 – 1966-cı illərdə Nuxa Musiqi Texnikumunda,
1967 – 1972-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.
İş yerləri
1962 – 1966 ci illərdə 19 №-li uşaq bağçasında musiqi müəllimi,
1966 – 1967-ci illərdə Nuxa Musiqi Məktəbində müəllim,
1967 – 1972-ci illərdə (Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alarkən) Azərbaycan Teleradio Verilişləri Komitəsi nəzdində fəaliyyət göstərən Xalq çalğı alətləri orkestrində və Hacı Məmmədovun rəhbərlik etdiyi Xalq çalğı alətləri ansamblında saz ifaçısı,
1972 – 2017-cı illərdə Şəki Musiqi Texnikumunda əvvəl xalq çalğı alətləri şöbəsinin müdiri, sonra isə müəllim və xalq çalğı alətləri orkestrinin rəhbəri olub.
2017-ci ildən təqaüddədir.
Yaradıcılığı
Azərbaycan şairlərinin sözlərinə 100-dən çox mahnı bəstələyib.
2013-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür və Azərbaycan Bəstəkarlar İttifaqının Şəki üzrə nümayəndəsidir.
Ailəsi
4 övladı və 7 nəvəsi var.
Ədəbiyyat
- Əliyev İsmayıl Abbasəli oğlu // Məlumat kitabçası (2013 – 2019) / Azərbaycan Bəstəkarlar İttifaqı. — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. — Bakı, 2019. — Səh.: 89. — 200 nüsx. — ISBN 978-9952-440-31-6.