Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Abbasəli Əliyev

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Abbasəli Əliyev
Əliyev Abbasəli Abdurəhman oğlu
Abbasəli Əliyev
Abbasəli Əliyev.

Abbasəli Əliyev (1911–1985) — həkim və hərbçi-həkim, tibb xidməti kapitanı, Şəki Mərkəzi Rayon Xəstəxanasının həkimi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

15 may 1911-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1936-cı ildə Nuxa Tibb Fəhlə Fakültəsini (Med.Rab.Fak.) bitirib.

1936 – 1941-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]

15 may 1942-ci il tarixdə Zaqatala Rayon Hərbi Komissarlığından hərbi xidmətə qəbul edilib və hərbçi-həkim olaraq Böyük Vətən müharibəsində iştirak edib.

1943-cü ildə İkinci Ukrayna cəbhəsində döyüşən 40-cı ordunun Kiyev 50-ci atıcı korpusunun 134-cü briqadası tərkibindəki 74-cü atıcı diviziyanın həkimi olub.

1945-ci ildə müharibə qurtardıqdan sonra da 12 il hərbi qulluqda qalıb və Uzaq Şərqdə, Tiflisdə, Zaqatalada, Lerikdə, Nasosnıda, Bakıda, Gəncədə və digər bir neçə yerdə hərbçi-həkim olaraq xidmət edib.

1957-ci ildə kapitan rütbəsi ilə ordudan tərxis olunub.

Mülki xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]

1957 – 1985-ci illərdə əmək fəaliyyətini Nuxa/Şəki Mərkəzi Rayon Xəstəxanasında davam etdirib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

23 avqust 1985-ci il tarixdə – 74 yaşında, Şəkidə vəfat edib.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

  • Həyat yoldaşı: Xavər Əliyeva həkim-bakterioloq olub. 1979-cu ildə “Əmək veteranı” medalı, 1982-ci ildə uzun müddət qüsursuz işlədiyinə görə və anadan olmasının 60 illiyi münasibətilə Tibb İşçiləri Həmkarlar İttifaqının Şəki rayon şöbəsi tərəfindən fəxri fərmanla təltif edilmişdir.
  • Övladları: İsmayıl, ŞərafətGülrux – hər üçü musiqiçidir.
    • Oğlu: İsmayıl Əliyev, musiqiçi-pedaqoqdur. 1972 – 2017-ci illərdə Şəki Musiqi Texnikumunda əvvəl xalq çalğı alətləri şöbəsinin müdiri, sonra isə müəllim və xalq çalğı alətləri orkestrinin rəhbəri olub.
    • Qızı: Şərafət Əliyeva-Əzizova, müəllim-konsertmeyster; 2003 – 2010-cü illərdə Trakya Universiteti Dövlət Konservatoriyasında (Türkiyə) çalışmış, 2012-ci ildən isə əmək fəaliyyətini Şəki Dövlət Regional Kollecində davam etdirmişdir.
    • Qızı: Gülrux İsmayılova, 1975 – 1996-cı illərdə Şəki şəhər 2 №-li musiqi məktəbində, 2006 – 2020-ci illərdə (təqaüdə çıxana qədər) isə Xırdalan şəhər musiqi məktəbində konsertmeyster olaraq fəaliyyət göstərib.

Şəkillər[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Алиев Аббас-Али Абдулрахман-оглы : [arx. 16.07.2021] : [rus.] // Память Народа. — Müraciət tarixi: 16.07.2021.
  2. Алиев Абасали Абдурахманов : [arx. 16.07.2021] : [rus.] // Память Народа. — Müraciət tarixi: 16.07.2021.

Bildiriş[HTML redaktə]

...