Səlhab Məmmədov
Səlhab Məmmədov | |
---|---|
Məmmədov Səlhab İsa oğlu | |
Səlhab Məmmədov | |
Səlhab Məmmədov | |
Doğum tarixi | 4 yanvar 1943 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan SSR→ SSRİ |
Təhsili | Tbilisi Dövlət Rəssamlıq Akademiyası (1962 – 1968) |
Elmi adı | professor |
Mükafatları |
|
Commonsda da Səlhab Məmmədov ilə əlaqəli mediafayllar var |
Səlhab Məmmədov (Məmmədov Səlhab İsa oğlu; d. 1 aprel 1943-cü il, Nuxa, Azərbaycan SSR, SSRİ ) — Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru və beynəlxalq əlaqələr işləri üzrə prorektoru.
Haqqında məlumatlar
4 yanvar 1943-cü il tarixdə Nuxada anadan olub.
Təhsili
1962 – 1968-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.
Əmək fəaliyyəti
1989-cu ildən M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunda/Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş,
1989 – 1993-cü illərdə müəllim,
1993 – 1999-cu illərdə dosent vəzifəsini tutmuşdur
1999-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur.
2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının beynəlxalq əlaqələr işləri üzrə prorektordur.
Yaradıcı fəaliyyəti
Yaradıcılığında əsas yeri saxsı və metalişləmə pannolar, nəqqaşlıq, qrafika lövhələri, mənsərə əsərləri tutur.
Fəza tutumunu görmək həssaslığına malikdir. Bu və digər xüsusiyyətlərinə görə dəfələrlə, dünyanın bir sıra ölkələrində açılan bədii sərgilərin təşkilatçısı olmuş, baş rəssam və ya dizayner vəzifələrinin icrası üçün dəvət olunmuşdur.
1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
1982 – 1988-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, 1993-cü ildən Azərbaycan Rəssamlar İttifaqının katibi olub.
“Təsviri incəsənətdə rəsm”, “Rəsm sənəti” kimi elmi əsərlərin müəllifidir.
- Saxsı və metalda işlənən relyef kompozisiyalarından “Xoş gəlmisiniz!” (1969, Panno “İnturist” binasının ön tərəfində);
- “İnturist” binasının interyeri üçün hazırlanmış “Şərq motivləri” silsiləsi;
- Metalda işlənmiş “Şərq melodiyası”, “İçəri şəhər”, “Qarabağ melodiyaları” kimi pannolar,
- “Bakı-Neft şəhəri” mövzusunda bir sıra rəsmlər və vitraj;
- “Naxçıvan” mehmanxanasının parlaq vitrajları;
- Qobustana həsr edilmiş 16 kompozisiya;
- “İçəri şəhər” dekorativ ləyən formasında plastik metal kompozisiya;
- Almaniyanın Vuppertal şəhərində özəl kolleksiyada saxlanılan “Dostluq” relyefi;
- “Azadlıq rəmzi”;
- Berlində (Almaniya) ucaldılmış “Xocalı” abidəsi;
- Romada (İtaliya) “Villa Borghese” parkında ucaldılmış Nizami Gəncəvinin abidəsi;
- Polşanın Qniezno şəhərində ucaldılmış “Dostluq” abidəsi.
Təltif və mükafatları
- “Azərbaycan SSR əməkdar incəsənət xadim” fəxri adı (1988);
- “Azərbaycan Respublikasının xalq rəssamı” fəxri adı (2006);
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (2008);
- “Şöhrət” ordeni (2012);
- “Şərəf” ordeni (2017);
Ailəsi
Oğlu Elxan Məmmədov AFFA-nın baş katibidir.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Məmmədov Səlhab // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 277 – 279. — 600 nüsx. — ISBN 5-8066-1708-4.e:Salhab Mammadov
- S
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış rəssam və heykəltəraşlar
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış alimlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 4 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 1943-cü ildə doğulanlar
- Azərbaycan Respublikasının xalq rəssamları
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- "Şərəf" ordeni ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Rəssam və heykəltəraşlar
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr