Şəbnəm Şakirli
Şəbnəm Şakirli | |
---|---|
rus.: Шакирли Шабнам Махьяддин кызы | |
Şəbnəm Şakirli | |
Doğum tarixi | 13 oktyabr 1991 |
Doğum yeri | Azərbaycan, Şəki |
Vətəndaşlıq | Azərbaycan → Rusiya |
Milliyyəti | azərbaycanlı |
İxtisası | həkim terapevt-kardioloq |
Təhsili | Samara Dövlət Tibb Universiteti (2009 – 2015) |
Şəbnəm Şakirli (rus.: Шакирли Шабнам Махьяддин кызы (Şakirli Şəbnəm Məhyəddin qızı); d. 13 oktyabr 1991, Şəki, Azərbaycan Respublikası) — Rusiya Federasiyasının Tolyatti şəhər 5 saylı klinik xəstəxanasında həkim terapevt-kardioloq.
Haqqında məlumatlar
1991-ci ildə Şəki şəhərində anadan olub. 1999−cu ildə ailəsi ilə birlikdə Rusiya Federasiyası, Samara vilayətinin Tolyatti şəhərinə köçüb. 2009-cu ildə burada 35 saylı gimnaziyanı qızıl medalla bitirib orta təhsil alıb. Həmin il Samara Dövlət Tibb Universitetinin müalicə fakültəsinə daxil olub və 2015-ci ildə müvəffəqiyyətlə ali təhsilini başa vurub, terapevt ixtisası üzrə internatura keçib. Sonra Moskva şəhərində təhsilini davam etdirərək kardioloq ixtisasına yiyələnib. Tolyatti şəhər 5 saylı klinik xəstəxanasında həkim terapevt-kardioloq vəzifəsində çalışır. Hazırda (9 yanvar 2020 tarixdən 13 may 2020 tarixədək) Moskva şəhərində RMAPO-nun (РМАПО - Российская Медицинская Академия Последипломного Образования) funksional diaqnostika kafedrasında təhsilini davam etdirir.