Rüfət Xəlilov
Rüfət Xəlilov | |
---|---|
Xəlilov Rüfət Qaffar oğlu | |
Rüfət Xəlilov, 2010. | |
Doğum tarixi | 7 mart 1926 |
Doğum yeri | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 27 may 2018 (92 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Təhsili | SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi məktəbi (1952 – 1954, Tbilisi) |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1952 – 1986 |
Rütbə |
Rüfət Xəlilov (1926 – 2018) — SSRİ DTK podpolkovniki (polkovnik-leytenantı); Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində müxtəlif vəzifələr tütmuş, o cümlədən, Qazax rayon bölməsinin rəhbəri olmuş, daha sonra əks-kəşfiyyat strukturlarında çalışmışdır.
Haqqında məlumatlar
7 mart 1926-cı il tarixdə Nuxada anadan olub.
Təhsili
1936 – 1946-cı illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,
1946 – 1948-ci illərdə Nuxa Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb.
1954-cü ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Tbilisidəki xüsusi məktəbini bitirib.
1961 – 1966-cı illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub.
Kiyev və Daşkənd şəhərlərində rəhbər işçilərin təkminləşdirilməsi kurslarını bitirib.
Əmək fəaliyyəti
1952-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində xidmətə qəbul edilib.
1954 – 1959-cu illərdə Nuxada əməliyyat müvəkkili,
1960 – 1962-ci illərdə Azərbaycan KP Nuxa şəhər komitəsində təlimatçı vəzifəsində işləyib.
1962 – 1965-ci illərdə Astarada,
1965 – 1974-cü illərdə isə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin Kirovabad şəhər şöbəsində çalışıb.
1974 – 1983-cü illərdə Azərbaycan SSR DTK-nın Qazax rayon bölməsinə rəhbərlik edib.
1983 – 1986-cı illərdə əmək fəaliyyətini Bakıda, Azərbaycan SSR DTK-nın mərkəzi aparatında, əks-kəşfiyyat strukturlarında davam etdirib.
1986-cı ildə hərbi xidmətdə son yaş həddinə çatması ilə əlaqədar podpolkovnik (polkovnik-leytenant) rütbəsində təqaüdə çıxıb.
1986 – 1987-ci illərdə Azərbaycan SSR EA-da kadr və aspirantura şöbəsinin rəisi,
1988 – 1994-cü illərdə isə Azərbaycan Nest Kimya İstehsal Birliyində və Azərbaycan Respublikasının Rabitə Nazirliyində mülki-müdafiə qarargahının rəisi vəzifəsində çalışıb.
İcitimai fəaliyyəti
Dəfələrlə Nuxa və Qazax rayon sovetləinin deputatı seçilib.
Təltif və mükafatları
Dövlət təhlükəsizlik orqanlarında çalışdığı müddətdə dəfələrlə mükafatlandırılıb, bir çox medal və qiymətli hədiyyələrlə təltif edilib. O cümlədən, 2016-cı ildə Azərbaycan təhlükəsizlik orqanlarında səmərəli xidməti və anadan olmasının 90 illik yubileyi münasibəti ilə “Milli təhlükəsizlik orqanlarının veteranı” döş nişanı ilə təltif olunub.
Vəfatı
27 may 2018-ci il tarixdə – 92 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Xəlilov Rüfət // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 189 – 190. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Murad Nəbibəyov (07.03.2016 10:15). "Mərdlik, cəsarət, Vətənə sədaqət və yüksək intellekt onları fərqləndirən mühüm keyfiyyətlərdəndir". http://old.xalqqazeti.com/ (azərb.). Xalq qəzeti. 29 Jul 2020 tarixində arxivləşdirilib.