Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Nurəddin Həbibullahzadə

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:15, 29 sentyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nurəddin Həbibullahzadə
Həbibullahzadə Nurəddin Yusif oğlu
Nurəddin Həbibullahzadə
Nurəddin Həbibullahzadə.
Anadan olub 16 fevral 1933 (1933-02-16) (91 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Əliyev Yusif
Anası Əliyeva Hənifə
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İxtisası sənaye və mülki tikinti üzrə inşaatçı mühəndis
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft Sənayesi İnstitutu və Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu (1950–1955)

Nurəddin Həbibullahzadə — sənaye və mülki tikinti sahəsi üzrə tanınmış mühəndis və rəhbər kadr.

Haqqında məlumatlar

16 fevral 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1940 – 1950-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəb məktəbində,

1950 – 1955-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft Sənayesi İnstitutunda və Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda[1] təhsil alıb.

Əmək fəaliyyəti

1956-cı ildə Nuxa şəhər sovetində Dövlət Tikinti Memarlıq şöbəsində baş nəzarətçi (qoskontrol), eyni zamanda 10 nömrəli məktəbdə rəsmxət müəllimi,

1957 – 1962-ci illərdə Nuxa şəhərinin baş memarı,

1962 – 1966-cı illərdə əvvəl Nuxa şəhər 5 nömrəli tikinti idarəsində prorab, daha sonra isə baş mühəndis,

1968 – 1972-ci illərdə Şəki şəhər məişət xidməti kombinatının direktoru,

1972 – 1973-cü illərdə Şəki şəhər kommunal təsərrüfatı idarəsinin müdiri,

1973 – 1980-ci illərdə 55 nömrəli Şəki şəhər tikinti idarəsinin direktoru,

1980 – 1995-ci illər Şəki şəhər qaz-istismar kontorunun rəisi vəzifəsində çalışıb.

1995-ci ildən əmək təqaüdündədir.

Ailəsi

Ailəlidir, 4 övladı, nəvə və nəticələri var.

Qeydlər

  1. 1955-ci ildə oxuduğu fakültə Politexnik İnstitutuna köçürülüb.