Şablon:Təqvimin bu günündə
Mammadov2 (Müzakirə | töhfələr) (Aydinsalis Şablon:Təqvimin bu günündə səhifəsinin adını Təqvimin bu günündə olaraq dəyişdi.) tərəfindən edilmiş 18:28, 8 yanvar 2023 tarixli dəyişiklik
XI əsrin ikinci onilliyinin əvvəllərində Şəki hökmdarı olmuş Dinarın (X əsr–XI əsr) adı gürcü kilsəsi tərəfindən müqəddəslər siyahısına daxil edilmişdir və gürcü kilsəsi 30 iyun tarixini Dinarın anım günü elan etmişdir. Dinarın Şəkidə hakimiyyətə gəldiyi vaxt və hakimiyyətinin son tarixi məlum deyil. Atası Tao-Klarceti hakimi, eristavlar-eristavı III Adərnerse, babası Tao-Klarceti knyazı I Qurgen idi. Şəki hökmdarı Atrnersehin arvadı, Şəki hökmdarı İşxan Əbu Əbdülmalikin isə anasıdır.
Şəkil: Dinar ağ atın belində – Moskva kremlinin mərmər palatası, taxt-tac zalının şimal tərəfdəki divarında şəkil.
♦