Qavriil Peçenski
Qavriil Franseviç Peçinski (rus.: Гавриил Францевич Печинский) — pravoslav kilsə xadimi, 1894 – 1896-cı illərdə Nuxa Üçmüqəddəs kilsəsində zəbur oxuyan (rus.: псаломщик), 1943-cü ildə Sevastopol Pokorov kilsəsinin keşişi olub.
Qavriil Franseviç Peçinski | |
---|---|
Anadan olub | 5 sentyabr 1877 |
Anadan olduğu yer | Krasnıye kolodsı kəndi, Siqnax qəzası, Tiflis quberniyası |
Vəfat edib | 1943 |
Vəfat etdiyi yer | Sevastopol |
Atası | Frans İvanoviç Peçenski |
Haqqında məlumatlar
5 sentyabr (24 avqust) 1877-ci il tarixdə Siqnax qəzasının (Tiflis quberniyası) Krasnıye Kolodsı kəndində anadan olub. Atası Frans İvanoviç Peçenski milliyyətcə polyak idi və rus hərbi hissəsində əsgər kimi 29 il xidmət edib. Anası Siqnax şəhərinin sakini fəhlə Ovanesovun qızı idi. Ailədə 7 bacı, 7 qardaş olublar və ən kiçiyi Qavriil Peçinski idi. Qavriil Peçinski 10 yaşında – 1888-cı ildə, Tiflis Ruhani məktəbində təhsil almağa başlayıb. 1894-cü ildə həmin məktəbi bitirdikdən sonra 1896-cı ilin sentyabr ayına qədər Nuxa Üçmüqəddəs kilsəsinində zəbur oxuyan vəzifəsidə çalışıb. Sonra Şimali Qafqaza gedib, 1918-ci ilədək orada müxtəlif yerlərdə, müxtəlif kiçik vəzifələrdə işləyib. 1918-ci ildə Krıma köçüb, 1928-cı ildək burada da yenə müxtəlif yerlərdə, müxtəlif kiçik vəzifələrdə – əsasən mühasibat sahəsi üzrə vəzifələrdə işləyib. 1929-ci ildə kilsə ilə əlaqələrinə görə “din təbliğatı” ittihamı ilə 6 aylıq həbs cəzasına məhkum edilib[1]. 1943-cü ildə – Krımın alman işğalı altında olduğu dövrdə, Qavriil Peçinski Sevastopol Pokorov kilsəsinin keşişi idi. Almanlar onu tutub işgəncə verdikdən bir neçə gün sonra vəfat edib[2].
İstinadlar
Ədəbiyyat
- Андрей, Валякин (2011). "Топловская Свято-Параскевская обитель" (PDF) (русский). Симферополь. Главное управление СБУ в АР Крым: crimea-eparhia.ru. 23 Apr 2019 tarixində arxivləşdirilib (PDF).
- Соколов Д. В. (2019). "Русская Православная Церковь в Крыму в 1941-1945 гг.: между свастикой и звездой" (русский). rys-strategia.ru. 25 Sep 2019 tarixində arxivləşdirilib.