Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Qavriil Peçenski

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Qavriil Peçinski
Peçinski Qavriil Franseviç
(rus.: Печинский Гавриил Францевич)
Qavriil Peçinski
Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il.
Doğum tarixi 5 sentyabr 1877(1877-09-05)
Doğum yeri Krasnıye kolodsı kəndi, Siqnax qəzası, Tiflis quberniyası
Vəfat tarixi 1943(1943-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (65 yaşında)
Vəfat yeri Sevastopol
Atası Frans İvanoviç Peçenski

Qavriil Franseviç Peçinski (1877–1943) — pravoslav kilsə xadimi, 1894–1896-cı illərdə Nuxa Üçmüqəddəs kilsəsində zəbur oxuyan (rus.: псаломщик), 1943-cü ildə Sevastopol Pokorov kilsəsinin keşişi olub.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

5 sentyabr (24 avqust) 1877-ci il tarixdə Siqnax qəzasının (Tiflis quberniyası) Krasnıye Kolodsı kəndində anadan olub. Atası Frans İvanoviç Peçenski milliyyətcə polyak idi və rus hərbi hissəsində əsgər kimi 29 il xidmət edib. Anası Siqnax şəhərinin sakini fəhlə Ovanesovun qızı idi. Ailədə 7 bacı, 7 qardaş olublar və ən kiçiyi Qavriil Peçinski idi. Qavriil Peçinski 10 yaşında – 1888-cı ildə, Tiflis Ruhani məktəbində təhsil almağa başlayıb. 1894-cü ildə həmin məktəbi bitirdikdən sonra 1896-cı ilin sentyabr ayına qədər Nuxa Üçmüqəddəs kilsəsinində zəbur oxuyan vəzifəsidə çalışıb. Sonra Şimali Qafqaza gedib, 1918-ci ilədək orada müxtəlif yerlərdə, müxtəlif kiçik vəzifələrdə çalışıb. 1918-ci ildə Krıma köçüb, 1928-cı ildək burada da yenə müxtəlif yerlərdə, müxtəlif kiçik vəzifələrdə – əsasən mühasibat sahəsi üzrə vəzifələrdə çalışıb. 1929-ci ildə kilsə ilə əlaqələrinə görə “din təbliğatı” ittihamı ilə 6 aylıq həbs cəzasına məhkum edilib[1]. 1943-cü ildə – Krımın alman işğalı altında olduğu dövrdə, Qavriil Peçinski Sevastopol Pokorov kilsəsinin keşişi idi. Almanlar onu tutub işgəncə verdikdən bir neçə gün sonra vəfat edib[2].

İstinadlar[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Андрей, Валякин Топловская Свято-Параскевская обитель (rus.). Симферополь. Главное управление СБУ в АР Крым: crimea-eparhia.ru (2011). Arxivləşdirilib (23 aprel 2019).
  2. Русская Православная Церковь в Крыму в 1941-1945 гг.: между свастикой и звездой (rus.). rys-strategia.ru (2019). Arxivləşdirilib (25 sentyabr 2019).