Faiq Əliyev
Faiq Əliyev — tibb üzrə fəlsəfə doktoru, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yoğun və düz bağırsaq xəstəlikləri cərrahiyyəsi şöbəsində kiçik elmi işçisi.
Faiq Əliyev | |
---|---|
Əliyev Faiq Vəlhəm oğlu | |
Faiq Əliyev, 2021-ci il. | |
Doğum yeri | Baş Layısqı, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Haqqında məlumatlar
12 may 1977-ci il tarixdə Şəki rayonunun Baş Layısqı kəndində anadan olub.
Təhsili
1984 – 1994-cü illərdə Baş Layısqı kənd orta məktəbində,
1994 – 2000-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsində təhsil alıb.
2000 – 2001-ci illərdə Təcili Tibbi Yardım Xəstəxanasında internatura keçib.
2003 – 2006-cı illərdə ATU-nun II Cərrahi xəstəliklər kafedrasının aspiranturasında təhsil alıb.
Elmi fəaliyyəti
2006-cı ildə “Xroniki kolostazların cərrahi müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2 kitabın, 3 metodik tövsiyyənin, 1 ixtiranın, 12 səmərələşdirici təklifin, 40 məqalə və tezisin müəllifidir.
Əmək fəaliyyəti
1994 – 2000-ci illərdə 5 və 3 №-li TTTY stansiyalarında, Mərkəzi Neftçilər xəstəxanasında, Mərkəzi Hərbi Hospitalında feldşer,
2001 – 2003-cü illərdə Şəki Şəhər Mərkəzi Xəstəxanasında həkim-cərrah işləyib.
2006-cı ildən akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yoğun və düz bağırsaq xəstəlikləri cərrahiyyəsi şöbəsində kiçik elmi işçi vəzifəsində çalışır.
Ədəbiyyat
- "Yoğun və düz bağırsaq xəstəlikləri cərrahiyyəsi şöbəsi / Əliyev Faiq Vəlhəm oğlu". http://ecm.az/ (azərb.). M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi. 7 May 2020 – 18 Jan 2021 tarixində arxivləşdirilib.