Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Faiq Əliyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Faiq Əliyev
Əliyev Faiq Vəlhəm oğlu
Faiq Əliyev
Faiq Əliyev, 2021-ci il.
Doğum tarixi 12 may 1977 (1977-05-12) (47 yaş)
Doğum yeri Baş Layısqı, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi tibb
İş yeri M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, yoğun və düz bağırsaq xəstəlikləri cərrahiyyəsi şöbəsi (kiçik elmi işçi)
Elmi dərəcəsi tibb üzrə fəlsəfə doktoru
Təhsili

 • N.Nərimanov adına Azərbaycan Tibb Universiteti, II müalicə-profilaktika fakültəsi (1994–2000)

 • Azərbaycan Tibb Universiteti, II cərrahi xəstəliklər kafedrası, aspirantura (2003–2006)

Faiq Əliyev — tibb üzrə fəlsəfə doktoru, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yoğun və düz bağırsaq xəstəlikləri cərrahiyyəsi şöbəsinin kiçik elmi işçisi.

Haqqında məlumatlar

12 may 1977-ci il tarixdə Şəki rayonunun Baş Layısqı kəndində anadan olub.

Təhsili

1984 – 1994-cü illərdə Baş Layısqı kənd orta məktəbində,

1994 – 2000-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsində təhsil alıb.

2000 – 2001-ci illərdə Təcili Tibbi Yardım Xəstəxanasında internatura keçib.

2003 – 2006-cı illərdə Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

2006-cı ildə “Xroniki kolostazların cərrahi müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

2 kitabın, 3 metodik tövsiyənin, 1 ixtiranın, 12 səmərələşdirici təklifin, 40 məqalə və tezisin müəllifidir.

Əmək fəaliyyəti

1996 – 2000-ci illərdə 5 və 3 №-li TTY stansiyalarında, Mərkəzi Neftçilər xəstəxanasında, Mərkəzi Hərbi Hospitalında əvvəl sanitar işçi, sonra feldşer,

2001 – 2003-cü illərdə Şəki şəhər 2 saylı poliklinikasında və Şəki İpək ASC-nin sanitar tibbi hissəsində həkim-cərrah işləyib.

2006-cı ildən akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yoğun və düz bağırsaq xəstəlikləri cərrahiyyəsi şöbəsində kiçik elmi işçi vəzifəsində çalışır.

Ədəbiyyat

  1. "Yoğun və düz bağırsaq xəstəlikləri cərrahiyyəsi şöbəsi / Əliyev Faiq Vəlhəm oğlu". http://ecm.az/ (azərb.). M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi. 7 May 2020 – 18 Jan 2021 tarixində arxivləşdirilib.
  2. Adışirinov K. Göynük mahalı: siyasi, coğrafi, mədəni tarixi və folkloru (I kitab). — Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzi, folklorşünaslıq və el sənətləri şöbəsi. — Bakı: Elm və təhsil, 2019. — Səhifələrin sayı:  251 – 252. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 20 iyun 2021.