MediaWiki:Sitenotice
Təqvimin bu günü — 3 iyulda
Anadan olanlar (0) Vəfat edənlər (1)
Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk günlərindən məsul vəzifələr tutmuş partiya, dövlət və maarif xadimi Mustafa Quliyev (1893–1938) Stalin repressiyası dövründə – 3 iyul 1938-ci il tarixdə, güllələnmişdir (1957-ci ildə bəraət alıb). O, 7 ilə yaxın müddət ərzində Azərbaycan SSR-in xalq maarif komissarı vəzifəsində çalışmış, öz dövründə ədəbiyyat tənqidçisi, teatrşünas və sənət nəzəriyyəçisi kimi də tanınmışdır.
Şəkil: Mustafa Quliyev.