Rəhman Orxan

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:05, 3 fevral 2024 tarixli dəyişiklik

Rəhman Orxan (1950–2024) — “Azərbaycan Respublikasının əməkdar jurnalisti”. “Vışka” qəzetinin xüsusi müxbiri, indiki “Azərikimya” İstehsalat Birliyinin əvvəl ictimai-siyasi rusca “Bakines” qəzetinin həmtəsisçisi və baş redaktoru, sonra isə Mətbuat xidmətinin rəhbəri və s. vəzifələrdə çalışımışdır.

Rəhman Orxan
Məmmədzadə Rəhman Abdurəhman oğlu
Rəhman Orxan
Rəhman Orxan.
Doğum tarixi 24 iyul 1950(1950-07-24)
Doğum yeri Qayabaşı, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 2 fevral 2024 (73 yaşında)
Vəfat səbəbi Sumqayıt, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, mühəndis-mexanik ixtisası (–1967)
facebook səhifəsi

Haqqında məlumatlar

24 iyul 1950-ci il tarixdə Şəki rayonunun Qayabaşı kəndində anadan olub.

Təhsili

1967-ci ildə Qayabaşı kənd orta məktəbini,

1976-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyəti

1971 – 1979-cu illərdə əvvəl Azərbaycan Boru-Prokat Zavodunun Layihə şöbəsində, sonra isə prokat sexində mühəndis-konstruktor,

1979-cu ildən həmin zavodun “Metallurq” çoxtirajlı qəzetinin redaktoru,

1981 – 1992-ci illərdə “Vışka” qəzetinin əvvəl müxbiri, sonra isə bu qəzetin Sumqayıt-Quba, Naxçıvan-Qarabağ zonaları üzrə xüsusi müxbiri,

1992-ci ildən “Azərikimya” Dövlət Konserninin ictimai-siyasi “Bakines” qəzetinin baş redaktoru,

2001-ci ilin iyulundan 2013-cü ilin avqustunadək “Azərikimya” İstehsalat Birliyinin (əvvəlki “Azərikimya” Dövlət Konserni) Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Təltif və mükafatları

Vəfatı

2 fevral 2024-cü il tarixdə – 73 yaşında, Sumqayıtda vəfat edib.

Ədəbiyyat

  1. Sumqayıtlı jurnalistə fəxri ad verilib : [arx. 14 Oct 2016 - 20 Jul 2017] : [azərb.] // [Modern.az https://modern.az/]. — . — Müraciət tarixi: 03.02.2024.
  2. Əməkdar jurnalist Rəhman Orxan vəfat edib : [arx. 02.02.2024] : [azərb.] // Mədəniyyət qəzeti. — 2024. — 2 fevral. — Müraciət tarixi: 03.02.2024.