Rüfət Xəlilov

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:52, 6 mart 2021 tarixli dəyişiklik

Rüfət Xəlilov (1926 – 2018) — Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşı, əks-kəşfiyyatçı, polkovnik-leytenant.

Rüfət Xəlilov
Xəlilov Rüfət Qaffar oğlu
Rüfət Xəlilov
Rüfət Xəlilov, 2010.
Doğum tarixi 7 mart 1926(1926-03-07)
Doğum yeri Nuxa, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 27 may 2018 (92 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi məktəbi (1952 – 1954, Tbilisi)
Hərbi fəaliyyəti
Rütbə Şablon:SSRİ DTX, podpolkovnik

Haqqında məlumatlar

7 mart 1926-cı il tarixdə Nuxada anadan olub.

Təhsili

1936 – 1946-cı illərdə Nuxa şəhər 10 №-Li orta məktəbində,

1946 – 1948-ci illərdə Nuxa Kənd Təsərrüfatı Texnikumunbda təhsil alıb.

1954-cü ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Tbilisidəki xüsusi məktəbini bitirib.


Əmək fəaliyyəti

1952-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində xidmətə qəbul edilib.

1954 – 1959-cu illərdə Nuxada əməliyyat müvəkkili işləyib.

1959 – 1965-ci illərdə Astarada,

1965 – 1974-cü illərdə isə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin Kirovabad şəhər şöbəsində çalışıb.

1974 – 1983-cü illərdə Azərbaycan SSR DTK-nın Qazax rayon bölməsinə rəhbərlik edib.

1983 – 1986-cı illərdə əmək fəaliyyətini Bakıda, DTK-nin mərkəzi aparatında, əks-kəşfiyyat strukturlarında davam etdirib.

1986-cı ildə hərbi xidmətdə son yaş həddinə çatması ilə əlaqədar polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb.

Təltif və mükafatları

Dövlət təhlükəsizlik orqanlarında çalışdığı müddətdə dəfələrlə mükafatlandırılıb, bir çox medal və qiymətli hədiyyələrlə təltif edilib. O cümlədən, 2016-cı ildə Azərbaycan təhlükəsizlik orqanlarında səmərəli xidməti və anadan olmasının 90 illik yubileyi münasibəti ilə “Milli təhlükəsizlik orqanlarının veteranı” döş nişanı ilə təltif olunub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Xəlilov Rüfət // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 189 – 190. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Murad Nəbibəyov (07.03.2016 10:15). "Mərdlik, cəsarət, Vətənə sədaqət və yüksək intellekt onları fərqləndirən mühüm keyfiyyətlərdəndir". http://old.xalqqazeti.com/ (azərb.). Xalq qəzeti. 29 Jul 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə