Loğman Əbdülkərimli
Loğman Əbdülkərimov | |
---|---|
Əbdülkərimli Loğman Şəfaət oğlu | |
Loğman Əbdülkərimov, 2019-cu il | |
Doğum tarixi | 22 mart 1939 |
Doğum yeri | Baş Küngüt, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan SSR |
İş yeri | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili |
S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1957 – 1962) Azərbaycan SSR EA Riyaziyyat və Mexanika İnstitutu, aspirantura (1962 – 1965) |
Elmi rəhbəri | akad. Z.İ.Xəlilov və prof. C.Y.Yaqubov |
Loğman Əbdülkərimli – alim-pedaqoq, fizika-riyaziyyat elmləri namizədi, dosent; 1969-cu ildən Azərbaycan Pedaqoji İnstitutunda işləyir, o cümlədən, 1992 – 2000-ci illərdə bu institutun cəbr və həndəsə kafedrasının müdiri olub.
Haqqında məlumatlar
1939-cu ildə Nuxa rayonunun Baş Küngüt kəndində anadan olub.
Təhsili
1946 – 1956-cı illərdə Nuxa şəhərindəki 12 və 10 nömrəli məktəblərdə oxuyub.
1957 – 1962-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində,
1962 – 1965-ci illərdə Azərbaycan SSR EA Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1961-ci ildə Azərbaycan SSR EA Riyaziyyat və Mexanika İnstitutunda laborant,
1965 – 1968-ci illərdə isə elmi işçi olub.
1969 – 1974-cü illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun riyazi analiz kafedrasında,
1974 – 1978-ci illərdə həmin institutun cəbr və ədədlər nəzəriyyəsi kafedrasında baş müəllim vəzifəsində işləmiş,
1978-ci ildən dosent vəzifəsinə keçirilmiş,
1992 – 2000-ci illərdə isə həm də kafedranın müdiri olmuşdur.
Elmi fəaliyyəti
1967-ci ildə akademik Z.İ.Xəlilov və professor C.Y.Yaqublunun rəhbərliyi ilə “Difer Banax fəzasında diferensial-operatorla tənliklər üçün bəzi məsələlərin həlli” adlı mövzuda namizədlik dissertasiyasını müdafiə edib.
1978-ci ildə dosent elmi adını alıb.
70-dən çox elmi-metodik əsərin (14-ü xaricdə çap olunub) müəllifidir.
Beynəlxalq konfranslarda iştirakı
- Funksional analiz və onun tətbiqlərinə aid AMEA-da keçirilən Beynəlxalq konfrans. 2011.
- Riyazi nəzəriyyələr, onların tətbiqi və tədrisinə aid problemlərə həsr olunmuş konfrans. Gənc Univ. 2008.
- Riyaziyyat müasir problemlərinə həsr olunmuş Beynəlxalq konfrans. Maxaçqala, 2008.
Seçilmiş əsərləri
- Bəzi involyusiyslı Banax cəbrlərinin funksional təsvirləri və elementlərin tərsinin varlığı şərtləri. ADPU-nun xəbərləri №1, 2009.
- Abstrakt parabolik tənliklər üçün bəzi korrekt olmayan Koşi məsələsinin requlyarizasiyasi, AMEA, Beynəlxalq konfrans materialları. BAKI, 2011.
- Sonlu ölçülü fəzada təsir edən xətti operatorun dərəcələrinə nəzərən qurulmuş çoxhədli ifadələrin bəzi xassələri, Azərb. Texn. Univ.xəbərləri. №3, 2011.
- Həqiqi ədədlər yarımqrupunun “Dekart qüvvətinin bəzi xassələri” ADPU, “Xəbərlər” Bakı 2016. Əbdülkırimli L.Ş.
- Корректности одного класса квазилинейных дифференциально-операторных уравнений. H.Əliyevin anadan olmasının 94 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın aktual problemləri” adlı pespublika elmi konfransının materialları. Bakı-2017.
- Кооректность одного класса дифференциально-операторных уравнений. Дифференциальное уравнения Т-37, №10. Москва 2017.
Kitabları
- Cəbr və ədədlər nəzəriyyəsi, III Hissə, Bakı, 1992, 117 s.
- Cəbr və ədədlər nəzəriyyəsi, IV Hissə, Bakı, 1994, 119 s.
- Cəbr və ədədlər nəzəriyyəsi kursu, Nurlan, Bakı 2008, 560 s.
- Cəbr kursu, dərslik, Elm və Təhsil, Bakı, 2011, 447 s.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Əbdülkərimli Loğman // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 73 – 74. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- "Əbdülkərimli Loğman Şəfaət oğlu". https://www.adpu.edu.az/ (azərb.). Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi internet saytı. 23 Sep 2020 tarixində arxivləşdirilib.