Mustafa ağa Şəkixanov
Mustafa ağa Şəkixanov | |
---|---|
Şəkixanov Mustafa ağa Kərim ağa oğlu | |
Mustafa ağa Şəkixanov | |
Mustafa ağa Şəkixanov | |
Təxəllüsü | Şuxi |
Doğum tarixi | 1831 |
Vəfatı | 5 noyabr 1895 (64 yaşında) |
Vəfat yeri | Qaraqosı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Dəfn yeri | Xan qəbiristanlığı, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Atası | Kərim ağa Şəkixanov |
Mustafa ağa Şəkixanov – Şəki xanları nəslinin davamçısı; “Şəki tarixi” adlı bir tarix əsərini və atası Kərim ağa Şəkixanovun tərcümeyi-halını qələmə almış, “Şuxi” təxəllüsü ilə şeirlər yazmışdır.
Haqqında məlumatlar
1831-ci ildə Nuxada anadan olub.
1853 – 1857-ci illərdə Nuxada kanvoy[1] vəzifəsində çalışıb.
1857 – 1861-ci illərdə Sankt-Peterburqa girov aparılıb. Orada hərbi təhsil alıb və karnet[2] hərbi rütbəsinə yiyələnib.
1861-ci ildə girovluqdan azad edilib və Nuxaya qayıdıb.
1861 – 1866-cı illərdə Nuxada barışdırıcı hakim köməkçisi vəzifəsində işləyib.
1866 – 1895-ci illərdə Nuxa qəzasında özünə məxsus Qaraqosı kəndində yaşayıb.
Tarixçi kimi fəaliyyəti
Müəllifi olduğu “Şəki tarixi” adlı əsərdən bir neçə cümləlik kiçik hissə 1902-ci ildə çap olunub; əsərin özü isə itmiş hesab olunur.
Atası Kərim ağa Şəkixanovun tərcümeyi-halını yazıb.
Ədəbi yaradıcılığı
“Şuxi” təxəllüsü ilə şeirlər yazmışdır. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən iki avtoqraf əlyazması əsasında 2011-ci ildə “Divan”ı çap olunub.
Vəfatı
5 noyabr 1995-ci ildə Qaraqosı kəndində vəfat edib. Cənazəsi Nuxaya gətirilmiş, Xan qəbiristanlığında dəfn olunmuşdur.
İstinadlar
Həmçinin bax
Ədəbiyyat
- Tahirzadə Ə.Ş. Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005.
- Məmmədov A.S. Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2006.
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış hərbçilər
- Şəkinin tarixi haqqında məlumat verən müəlliflər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1831-ci ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 5 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- 1895-ci ildə vəfat edənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- Şəki xan qəbiristanlığında dəfn olunanlar