Məmmədəmin Şəkinski
Məmmədəmin Şəkinski | |
---|---|
Şəkinski Məmmədəmin Əhməd oğlu | |
Məmmədəmin Şəkinski | |
Anadan olub | 15 mart 1900 |
Anadan olduğu yer | Aşqabad, Zakaspiysk vilayəti, Rusiya İmperiyası |
Vəfat edib | 28 sentyabr 1979 (79 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Uşağı | Əkrəm Şəkinski |
Məmmədəmin Şəkinski – Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Xalq Daxili İşlər Komissarlığı Bakı Şəhər Baş Milis İdarəsinin rəisi və XDİK Kollegiyasının üzvü.
Haqqında məlumatlar
15 mart 1900-ci ildə Aşğabad şəhərində anadan olub.
1909-cu ildə ailəsi ilə Nuxa şəhərinə köçüb.
1917-ci ildən Tiflisdə bolşevik hərakatına qoşulmuş, Qars vilayətində, Nuxa və Ağdam qəzalarında bolşevik təbliğatı aparmışdır.
1918-ci ildə Hümmət partiyasının Aşqabad komitəsinin məsul katibi olub, Aşqabad Fəhlə və Əsgər Deputatları Sovetinəüzv seçilib.
1918 – 1919-cu illərdə Azərbaycan ordusunda xidmət edib.
1920 – 1923-cü illərdə Qızıl ordunun polk hərbi komisarı, Zaqatala qəza hərbi komisarı, Azərbaycan atıcı briqada və dviziyası siyasi şöbəsinin rəisi vəzifələrini tutub.
1923 – 1937-ci illərdə Bakı milis rəisi, Baş milis idarəsi rəisinin müavini olub.
1917-ci ildə Hümmət partiyasının üzvü olub, Nuxada, Ağdaşda və Qarsda bolşevik təşviqatı ilə məşğul olub. Daha sonra Hümmət partiyasının Aşqabad komitəsinə keçib, Zakaspi sovet hökümətinin fəallarından biri olub. Türkmənistanda sovet hökümətinin süqutundan sonra Bakıya qayıdıb, 1918-ci ilin oktyabrından AXC ordusunda xidmət edib, burada bolşevik təşviqatı aparıb.
Azərbaycanda sovet hakimiyyətinin qurulmasndan sonra müxtəlif hərbi və milis vəzifələr tutub.
1924-cü il məlumatına görə Bakı milisinin rəisi idi[1].
1957-ci ildən DİN Arxiv İdarəsinin başcısı olub.
1979-cu ildə Bakıda vəfat edib.
Ədəbiyyat
- Şəkinski Məmmədəmin Əhməd oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 504. — 80.000 nüsx.
- "Шекинский Мамед Эмин Ахмед оглы (1900)". https://ru.openlist.wiki/ (русский). Открытый список. 16 Nov 2020 tarixində arxivləşdirilib.
- "Шекинский Мамед Эмин Ахмед оглы". https://www.baku.ru/ (русский). Baku Pages. 16 Nov 2020 tarixində arxivləşdirilib.
- ↑ Справочник Бакинской ярмарки 1924 года и путеводитель по Баку с планом ярмарки и г. Баку, s. 69