Rüstəm xan Xoyski
Rüstəm xan Xoyski | |||||||
---|---|---|---|---|---|---|---|
Xoyski Rüstəm xan Cahangir xan oğlu | |||||||
Fayl:Rüstəm xan Xoyski3.JPG | |||||||
Rüstəm xan Xoyski, Sankt-Peterburqda təhsil aldığı illərdə (1910-cu illər). | |||||||
|
|||||||
|
|||||||
Sələfi | Musa bəy Rəfiyev | ||||||
Xələfi | Valerian Klenevski | ||||||
Doğum tarixi | 27 noyabr 1888 | (Yuli təqvimi ilə 15 noyabr 1988)||||||
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası | ||||||
Vəfat tarixi | 1939 | ||||||
Vəfat yeri | Moskva, RSFSR, SSRİ | ||||||
Atası | İskəndər xan Xoyski | ||||||
Anası | Şəhrəbanu |
Rüstəm xan Xoyski Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri. General-leytenant İskəndər xan Xoyskinin oğlu, Fətəli xan Xoyskinin kiçik qardaşıdır.
Azərbaycan Cümhuriyyətinin qurucularından olan görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin kiçik qardaşıdır.
Həyatı
Təhsili
1906-cı ildə Yelizavetpol klassik gimnaziyasında orta təhsilini başa vurub.
1906 – 1913-cü illərdə Peterburq Universitetinin hüquq fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1913 – 1916-cı illərdə Yelizavetpol Dairə Məhkəməsində,
1916 – 1917-ci illərdə isə Bakı Dairə Məhkəməsində andçı müvəkkil müavini vəzifəsində işləyib.
1917-ci ildə Bakı Dairə Məhkəməsi sistemində vəkil köməkçisi idi.
1918-ci ilin 28 mayında Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra bir müddət Cümhuriyyət Heyəti-Vükəla (Nazirlər Şurası) İdarəsinin müdiri vəzifəsində çalışıb.
26 dekabr 1918-ci il tarixdən 14 mart 1919-cu il tarixədək – Fətəli xan Xoyskinin qurduğu 3-cü hökumət kabinəsində, ümuri-xeyriyyə (sosial təminat) naziri,
14 mart 1919-cu il tarixdən 22 dekabr 1919-cu il tarixədək – Nəsib bəy Yusifbəylinin qurduğu 4-cü hökumət hökumət kabinəsində, ümuri-xeyriyyə nazirinin müavini,
24 dekabr 1919-cu il tarixdən 1 aprel 1920-ci il tarixədək – Nəsib bəy Yusifbəylinin qurduğu 5-ci hökumət kabinəsində, isə ümuri-xeyriyyə və səhiyyə nazirinin müavini vəzifəsini tutub.
27 aprel 1920-ci il tarixdə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra 15 may 1920-ci il tarixədək bir müddət Azərbaycan İctimai Şuralar Cümhuriyyəti sosial təminat komissarının müavini vəzifəsində çalışıb.
1924-cü ildə Azərbaycan İctimai Şuralar Cümhuriyyəti Ali İqtisad Şurasında və Xalq Komissarları Şurasında katib olub.
Sonralar Moskvaya köçüb və Moskvada müxtəlif dövlət idarələrində çalışıb.
İctimai-siyasi fəaliyyəti
Peterburq Universitetində Azərbaycandan getmiş tələbələrin təşkil etdiyi yerdaşlıq cəmiyyətinin üzvü olub.
1917-ci ildə əvvəlcə Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə, sonra isə komitənin siyasi bölməsinə üzv seçilib.
Məhkumluğu
1920-ci ilin iyunun 5-də Nardaran kəndində olarkən, Fövqəladə Komitə tərəfindən həbs edilib; 1920-ci ilin 31 avqustuna qədər həbsxanada saxlanılmış, sonra isə sürgünə göndərilmişdir. Həbsdə olarkən, anası Şəhrəbanı oğlunu xilas etmək üçün Hərbi İnqilab Komitəsinin sədri Nəriman Nərimanova ərizə ilə müraciət ebib, lakin Nəriman Nərimanov bu ərizəyə qəti cavab verməyib.
Vəfatı
1939-cu ildə Moskvada vəfat edib; Novodeviçye qəbiristanlığında, qaynı – mühəndis İ.İ.Yutkeviçin qəbrinin yanında dəfn olunub.
İstifadə edilmiş mənbə
- Mərdanov M.C., Tahirzadə Ə.Ş. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — F-İ hərflər. — Bakı: Təhsil, 2019. — III cild. — Səhifələrin sayı: 382-388.