Ramiz Orsər
Ramiz Yusifov | |
---|---|
Yusifov Ramiz Rəhim oğlu | |
Ramiz Orsər. | |
Təxəllüsü | Orsər |
Doğum tarixi | 20 avqust 1956 |
Doğum yeri | Qoxmuq, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | Kirovabad Pedaqoji İnstitutu, azərbaycan dili və ədəbiyyatı fakültəsi (– 1981) |
Ramiz Orsər (Yusifov Ramiz Rəhim oğlu;) – şair və yazıçı, pedaqoq və ədəbiyyatşünas. 1986 – 2019-cu illər arasında 16 kitabı çap olunub. Öz şeir və hekayələri ilə yanaşı, çoxlu sayda şəxsin bioqrafik məlumatlarını da toplayıb çap etdirmişdir; 856 səhifəlik “Şəkidən gələn səslər” (2018) kitabı 240 şəkili şair və yazıçının bioqrafik məlumatlarından və yaradıcılıqlarından nümunələrdən ibarətdir. “Haqqın səsi” (2019) kitabı isə bütünlüklə Şirməmməd Hüseynovun həyat və fəaliyyətinə həsr olunub.
Haqqında məlumatlar
8 avqust 1956-cı il tarixdə Nuxa rayonunun Qoxmuq kəndində anadan olub.
Təhsili
1973-cü ildə Qoxmuq kənd orta məktəbini,
1981-cı ildə Kirovabad Pedaqoji İnstitutunun azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib.
Əmək fəaliyyəti
Şəki şəhər Könüllü Kitabsevərlər Cəmiyyətinin məsul katibi,
Azərbaycan KP Şəki şəhər komitəsində təlimatçı,
Şəki şəhər İcra hakimiyyəti aparatında baş məsləhətçi,
Bakı Dövlət Universitetinin Şəki filialında və Şəki Pedaqoji Kollecində müəllim vəzifəsində işləyib.
2015-ci ildən Şəki Dövlət Regional Kollecində müəllim vəzifəsində çalışır.
Kitablarının siyahısı
- Şəkil Şəki (1986);
- Mən güney çiçəyiyəm (1997);
- Bir görüş nəğməsi (1998);
- Adına qurban (2001);
- Mamay Məmməd (2001);
- Məhəbbət ovu (2003);
- Vətən nəğməsi (2004);
- Yaşıl səs – Çingiz və kamerası (2006);
- Yaxşılıq (2007);
- İşıq məbədi (2010) – həmmüəllif;
- Yaxşılıq etməkdən doymayan adam (2011);
- İşıqlı ömür yolu (2011);
- Bu vətəndə (2013 – 2014);
- Qarabağ dərdi (2015);
- Şəkidən gələn səslər (2018)
- Haqqın səsi (2019);
Ədəbiyyat
- Orsər R. Ramiz Orsər // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 592. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.