Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Ənvər Mikayılzadə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:38, 12 yanvar 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Ənvər Mikayılzadə
Mikayılzadə Ənvər İsmayıl oğlu
Ənvər Mikayılzadə
Ənvər Mikayılzadə.
Anadan olub 13 yanvar 1933(1933-01-13)
Anadan olduğu yer Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat edib 2009(2009-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (76 yaşında)
Vəfat etdiyi yer Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Nuxa Pedaqoji Texnikumu ( – 1953)

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət universiteti)

Bakı Ali Partiya Məktəbi(az)
Mükafatları "Azərbaycan SSR əməkdar jurnalisti" fəxri adı

Ənvər Mikayılzadə – jurnalist, Azərbaycan SSR əməkdar jurnalisti; “Şəki fəhləsi” qəzetinin redaktoru, Azərinform/AzərTac informasiya agentliyinin bölgə müxbiri vəzifələrində çalışıb.

Haqqında məlumatlar

13 yanvar 1933-cü il tarixdə Nuxada anadan olub.

Təhsili

Nuxa şəhər 4 №-li məktəbdə oxuyub.

1953-cü ildə Nuxa Pedaqoji Texnikumunu bitirib.

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət universiteti),

Bakı Ali Partiya Məktəbində(az) təhsil alıb.

Əmək fəaliyyəti

Azərbaycan KP Nuxa/Şəki şəhər partiya komitəsində texniki katib, katib köməkçisi, təlimatçı, partiya komissiyasının sədri,

“Lenin bayrağı”/“Şəki fəhləsi” qəzetinin şöbə müdiri vəzifəsində çalışıb.

1974 – 1985-ci illərdə “Şəki fəhləsi” qəzetinin redaktoru olub.

1985-ci ildə Azərinformun, daha sonralar isə AzərTacın bölgə müxbiri olmuş, həmçinin, Şəki Kənd Təsərrüfatı Texnikumunda direktor müavini vəzifəsində çalışmışdır.

Təltifləri

  • “Azərbaycan SSR əməkdar jurnalisti” fəxri adı – Azərinformin 70 illik yubileyi münasibəti ilə (1990).

Ədəbiyyat