Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Ənvər Mikayılzadə

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Ənvər Mikayılzadə
Mikayılzadə Ənvər İsmayıl oğlu
Ənvər Mikayılzadə
Ənvər Mikayılzadə.

Ənvər Mikayılzadə (1933–2009) — tanınmış jurnalist; müxtəlif illərdə “Şəki fəhləsi” qəzetinin redaktoru və Azərinform/AzərTac informasiya agentliyinin bölgə müxbiri kimi məsul vəzifələrdə çalışmışdır. 1990-cı ildə – Azərinformin 70 illik yubileyi münasibəti ilə “Azərbaycan SSR əməkdar jurnalisti” fəxri adına layiq görülüb.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

13 yanvar 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

Nuxa şəhər 4 №-li orta məktəbində təhsil alıb.

1953-cü ildə Nuxa Pedaqoji Texnikumunu bitirib. Daha sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət universiteti) və Bakı Ali Partiya Məktəbində(az) təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

Azərbaycan KP Nuxa/Şəki şəhər partiya komitəsində texniki katib, katib köməkçisi (1959), təlimatçı, “Lenin bayrağı”/“Şəki fəhləsi” qəzetinin şöbə müdiri,

1974 – 1979-cu illərdə “Şəki fəhləsi” qəzetinin redaktoru,

1985-ci ildən sonra əvvəl Azərinformun, daha sonralar isə AzərTacın bölgə müxbiri olub. Həyatının son illərində Şəki Kənd Təsərrüfatı Texnikumunda direktor müavini idi.

İctimai aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]

1959-cu ildə Nuxa şəhər sovetinin deputatı seçilib.

1974 – 1979-cu illərdə “Şəki fəhləsi” qəzetinin redaktoru vəzifəsində çalışarkən Azərbaycan KP Şəki şəhər partiya komitəsi bürosunun üzvü olub.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

12 oktyabr 2009-cu il tarixdə – 76 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Şükürov R., Orsər R. Mikayılzadə Ənvər İsmayıl oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 207. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.

Bildiriş[HTML redaktə]

...