Ənvər Mikayılzadə
Ənvər Mikayılzadə | |
---|---|
Mikayılzadə Ənvər İsmayıl oğlu | |
Ənvər Mikayılzadə. | |
Anadan olub | 13 yanvar 1933 |
Anadan olduğu yer | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 2009 | (76 yaşında)
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
Nuxa Pedaqoji Texnikumu ( – 1953) S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət universiteti) Bakı Ali Partiya Məktəbi(az) |
Mükafatları |
Ənvər Mikayılzadə (1933 – 2009) — jurnalist, müxtəlif illərdə “Şəki fəhləsi” qəzetinin redaktoru və Azərinform/AzərTac informasiya agentliyinin bölgə müxbiri kimi məsul vəzifələrdə fəaliyyət göstərib. 1990-cı ildə – Azərinformin 70 illik yubileyi münasibəti ilə “Azərbaycan SSR əməkdar jurnalisti” fəxri adına layiq görülüb.
Haqqında məlumatlar
13 yanvar 1933-cü il tarixdə Nuxada anadan olub.
Təhsili
Nuxa şəhər 4 №-li məktəbdə oxuyub.
1953-cü ildə Nuxa Pedaqoji Texnikumunu bitirib.
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət universiteti),
Bakı Ali Partiya Məktəbində(az) təhsil alıb.
Əmək fəaliyyəti
Azərbaycan KP Nuxa/Şəki şəhər partiya komitəsində texniki katib, katib köməkçisi, təlimatçı, partiya komissiyasının sədri,
“Lenin bayrağı”/“Şəki fəhləsi” qəzetinin şöbə müdiri vəzifəsində çalışıb.
1974 – 1985-ci illərdə “Şəki fəhləsi” qəzetinin redaktoru olub.
1985-ci ildən Azərinformun, daha sonralar isə AzərTacın bölgə müxbiri olmuş, həmçinin, Şəki Kənd Təsərrüfatı Texnikumunda direktor müavini vəzifəsində çalışmışdır.
Ədəbiyyat
- Şükürov R., Orsər R. Mikayılzadə Ənvər İsmayıl oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 207. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1933-cü ildə doğulanlar
- 13 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 2009-cu ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Azərbaycan SSR əməkdar jurnalistləri
- Şəxslər (ad sırası ilə)
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr