Şəfiqə Axundova

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:57, 18 may 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Şəfiqə Axundova
Şəfiqə Axundova
Şəxsi məlumatlar
Doğum tarixi 21 yanvar 1924(1924-01-21)
Doğum yeri Nuxa (Şəki)
Vəfat tarixi 26 iyul 2013 (89 yaşında)
Vəfat yeri Şəki
Dəfn yeri II Fəxri Xiyaban
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Peşəsi bəstəkar

Üslub Klassik musiqi, opera
Təhsili Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası
Mükafatları Xalq artisti
Azərbaycan SSR dövlət mükafatı
"Əmək veteranı" medalı "Şərəf Nişanı" ordeni Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı
“Şöhrət” ordeni (Azərbaycan) — 2004
Commons-logo.svg Commonsda da Şəfiqə Axundova ilə əlaqəli mediafayllar var

Şəfiqə Qulam qızı Axundova — Şərqdə ilk opera yazan qadın bəstəkar, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973), Azərbaycan Respublikasının xalq artisti (1998).

Həyatı

Şəfiqə Axundova 1924-cü ildə Nuxa (Şəki) şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.[1]

O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların ("Leyla", "Bəxtiyar ellər" və s.), “Ev bizim, sirr bizim” operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.

Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1971-ci ildə “Gəlin qayası” operası ilə musiqisevərləri valeh edib.

26 iyul 2013-cü ildə vəfat etmişdir[2].

Əsərləri

  • “Gəlin qayası” operası;
  • “Ev bizim, sirr bizim” operettası;
  • BSO üçün süitalar;
  • Xor üçün silsilələr;
  • 300-ə yaxın mahnı və romans.

Video

İstinadlar

Filmoqrafiya

  1. Azərbaycan elləri (film, 1976)
  2. Mənim atam Əliövsət Sadıqov (film, 2007)
  3. Bəstəkar Şəfiqə Axundova (film, 2012)

Ədəbiyyat

  • Cəfərov, N. Onun üçün nəğmə həyat idi: Şəfiqə Axundova – 90 //Azərbaycan.- 2014.- 10 aprel.- S.10.
  • Musiqidə yaşanan ömür: Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 90 illiyi qeyd edilib: [Azərbaycan Dövlət Filarmoniyasında] //Mədəniyyət.- 2014.- 11 aprel.- S. 3.
  • Şəfiqə Axundova – 90: [bəstəkar, Əməkdar incəsənət xadiminin yubileyi münasibətilə] //Mədəni həyat.- 2014.- № 2.- S.25.
  • Tofiq, H. Şəfiqə Axundovanın 90 illik yubileyi qeyd edilib: [M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında] //Azad Azərbaycan.- 2014.- 11 aprel.- S.5.; Palitra.- 2014.-11 aprel.-S.13.; Şərq.- 2014.-11 aprel.-S.14.

Xarici keçidlər