Cəlil Xəlilov
Cəlil Xəlilov | |
---|---|
Xəlilov Cəlil Əliheydər oğlu | |
Cəlil Xəlilov. | |
Anadan olub | 14 mart 1924 |
Anadan olduğu yer | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 7 dekabr 2004 (80 yaşında) |
Milliyyəti | azərbaycanlı |
İxtisası | rus dili və ədəbiyyatı |
Təhsili |
Nuxa İkiillik Müəllimlər İnstitutu, fizika-riyaziyyat fakültəsi (1940 – 1942) S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, rus dili və ədəbiyyatı fakültəsi (1948 – ) |
Mükafatları |
|
Cəlil Xəlilov (1924 − 2004) — tərcüməçi-jurnalist, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. Azərbaycanda mətbuat, nəşriyyat və kütləvi informasiya sahəsində çalışan kadrların peşə hazırlığının yüksəldilməsinə və ixtisaslarının təkmilləşdirilməsinə töhfə vermişdir. Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyası Terminologiya Komitəsinin üzvü olmuş, azərbaycan dilində yeni, daha işlək terminlərin yaradılması sahəsində əməli işlər görmüşdür. O cümlədən, “Əsrin müqaviləsi”nin və bir sıra beynəlxalq sənədlərin tərcüməsində də iştirak edib.
Haqqında məlumatlar
14 mart 1924-cü il tarixdə Nuxada anadan olub.
Təhsili
1931 – 1940-cı illərdə Mirzə Fətəli Axundov adına Nuxa şəhər 2 nömrəli tam orta məktəbdə oxuyub; məktəbi əla qiymətlərlə bitirib.
1940 – 1942-ci illərdə Nuxa İkiillik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb.
1948-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin rus dili və ədəbiyyatı fakültəsinə daxil olub.
Hərbi xidmət
1942 – 1946-cı illərdə Böyük Vətən müharibəsində iştirak edib.
Əmək fəaliyyəti
1946-cı ildə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbində rus dili müəllimi vəzifəsində əmək fəaliyyətinə başlayıb.
1950 – 1967-ci illərdə Azərbaycan Teleqraf Agentliyində (AzərTA) əvvəl tərcüməçi, sonra (1962 – 1967-ci illərdə) tərcüməçi redaktor və direktor müavini vəzifəsində çalışıb.
1967 – 1969-cu illərdə Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetinin redaksiyasında,
1969 – 1974-cü illərdə isə Azərbaycan KP MK yanında Partiya tarixi institutunda işləyib.
1974 – 1986-cı illərdə “Kommunist” qəzetinin redaksiyasında tərcüməçi və tərcümə şöbəsinin müdiri vəzifəsində çalışıb.
1986-cı ildə təqaüdə çıxsa da, əmək fəaliyyətini əvvəl Partiya tarixi institutunun partiya tarixi bölməsində baş elmi işçi kimi (1987), sonra Azərbaycan Respublikası Statistika Komitəsində ümumi şöbənin baş müfəttiş-tərcüməçisi (1992 – 1993) və AzərTAC-da tərcüməçi-redaktoru kimi, daha sonra isə Azərbaycan Beynəlxalq Bankında protokol şöbəsinin aparıcı və baş mütəxəssis-tərcüməçisi (1993 – 2000) kimi davam etdirib.
Təltiflər
- “Azərbaycan SSR əməkdar mədəniyyət işçisi” fəxri adı — 1969;
- “Qırmızı Əmək bayrağı” ordeni — 1980;
- “Əmək veteranı” medalı;
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı;
- Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatı;
- “Ustad sənətkar” Ali Jurnalist Mükafatı — 2004.
Sənədlər
Xatirəsi
2005-ci ildə Şəki şəhərində küçələrdən birinə Cəlil Xəlilovun adı verilib[1].
İstinadlar
- ↑ Şəki şəhər icra hakimiyyəti başçısının 28.06.2005-ci il tarixli, 1/122 saylı sərəncamı.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Xəlilov Cəlil // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 188 – 189. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Mahmudov R. Ağsaqqal jurnalistlərimiz: Tərcümə sənətinin ustadı (azərb.) // Azərbaycan : qəzet. — Bakı: “Azərbaycan” nəşriyyatı, 12 mart 2004. — № 59 (3674). — Səh. 7.
- C
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- 1924-cü ildə doğulanlar
- 14 martda doğulanlar
- Martda doğulanlar
- 7 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 2004-cü ildə vəfat edənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Azərbaycan SSR əməkdar mədəniyyət işçiləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr