Aydın Süleymanov
Aydın Süleymanov | |
---|---|
Süleymanov Aydın Məmmədəli oğlu | |
Aydın Süleymanov | |
Aydın Süleymanov. | |
Doğum tarixi | 15 mart 1949 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | fizika |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
Təhsili |
S.M.kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1966 – 1971) Azərbaycan SSR EA Fizika İnstitutu, aspirantura (1972 – ) |
Aydın Süleymanov – fizika-riyaziyyat elmləri namizədi, AMEA Fizika İnstitutunun sabiq aparıcı elmi işçisi.
Haqqında məlumatlar
15 mart 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1966-cı ildə Nuxa şəhər 11 №-li orta məktəbi bitirib.
1966 – 1971-ci illərdə S.M.kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.
1972-ci ildə Azərbaycan SSR EA Fizika İnstitutunun aspiranturasına daxil olub.
Elmi fəaliyyəti
1978-ci ildə “Sinqlet-triplet maqnit sistemlərində optik hadisələr” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
45 elmi məqaləsi (12-i xarici ölkələrdə) çap olunub.
Əmək fəaliyyəti
1975-ci ildən Azərbaycan SSR EA Fizika İnstitunda işləyib; əvvəl kiçik elmi işçi, sonra elmi işçi və nəhayət, aparıcı elmi işçi olub.
2016-cı ildən təqaüddədir.
Ailəsi
Ailəlidir. Bir oğlu, iki qızı və altı nəvəsi var.
Nəvələrindən biri Aydın Süleymanlı yeniyetmə şahmatçıdır; 2019-cu ildə Beynəlxalq Usta (BU) normasını ödəmiş və 14 yaşlı oğlanlar arasında Dünya çempionu olmuşdur.
Ədəbiyyat
Məmmədov Ə., Xalıqov F. Süleymanov Aydın // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 514. — 1.000 nüsx.