Məmmədsaleh İsmayılov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (23014 dəyişikliyi Aydinsalis (Müzakirə) tərəfindən geri qaytarıldı.) tərəfindən edilmiş 01:26, 10 may 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Məmmədsaleh İsmayılov
İsmayılov Məmmədsaleh Cəlil oğlu
Məmmədsaleh İsmayılov
Məmmədsaleh İsmayılov.
Şəxsi məlumatlar
Doğum tarixi 22 aprel 1912(1912-04-22)
Doğum yeri Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 10 may 1994 (82 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan

Təhsili (1940) Azərbaycan Dövlət Konservatoriyası, tarix-nəzəriyyə şöbəsi (–1940)
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1972
II dərəcəli "Vətən Müharibəsi" ordeni

Məmmədsaleh İsmayılov (1912–1994) — tanınmış musiqişünas alim və pedaqoq, sənətşünaslıq elmləri namizədi, professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi. Uzun müddət Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

22 aprel 1912-ci ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Nuxa nümunə-zəhmət məktəbində,

1929 – 1935-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki fəhlə fakültəsində təhsil alıb.

1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsini bitirib.

Əmək fəaliyyəti

1946-cı ildən Azərbaycan SSR Elmlər Akademiyası İncəsənət İnstitutunda işləyib.

1960 – 1971-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında kafedra Azərbaycan xalq musiqisi kafedrasının,

1980 – 1990-cı illərdə isə Azərbaycan xalq musiqisi tarixi və nəzəriyyəsi kafedrasının müdiri olub.

Elmi fəaliyyəti

1982-ci ildə professor elmi adını alıb.

Digər

Böyük Vətən Müharibəsi (1941-1945) iştirakçısıdır; lakin müharibədə olarkən, Üzeyir Hacıbəyovun təşəbbüsü ilə (o, Mərkəzi Ordu Qərargahının komandiri, Sovet İttifaqı marşalı İ.S.Konevə məktub göndərmişdi) ordudan tərxis olunub və geri qaytarılmışdır.

Təltif və mükafatları

Vəfatı

10 may 1994-cü il tarixdə – 82 yaşında, Bakıda vəfat edib.

İstinadlar

  1. "Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası işçilərinə fəxri adlar verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1972-ci il tarixli Fərmanı" (PDF). www.anl.az (azərb.). ww.anl.az. 5 Dec 2010 – 16 Jan 2020 tarixində arxivləşdirilib (PDF).

Ədəbiyyat

  1. Məmmədsaleh Ismayılov (1975). "Qayğıkeş müəllim". http://uzeyir.musigi-dunya.az/ (azərb.). Musigi Dunyasi. 21 Jan 2013 – 20 Jun 2018 tarixində arxivləşdirilib.
  2. Mete Ə. İlk musiqişünas // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 506 – 507. — 500 nüsx.
  3. Məmmədov Ə., Xalıqov F. İsmayılov Məmmədsaleh // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 205. — 600 nüsx. — ISBN 5-8066-1708-4.

Şablon:Yaxşı məqalə