Ədalət Tahirzadə
Ədalət Tahirzadə | |
---|---|
Tahirzadə Ədalət Şərif oğlu | |
Ədalət Tahirzadə, 2019-cu il. | |
Doğum tarixi | 23 may 1951 |
Doğum yeri | Xırxatala, Qutqaşen (indiki Qəbələ) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Bakı Avrasiya Universiteti |
Elmi dərəcəsi | filologiya elmləri namizədi |
Elmi adı | professor |
Təhsili |
S.M.kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), filologiya fakültəsi (1969–1974) Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutu, aspirantura (1977–1981) |
Mükafatları | |
Facebook səhifəsi Ədalət Tahirzadənin Şəki saytı |
Ədalət Tahirzadə — tanınmış tarixçi və ədəbiyyatşünas, filologiya elmləri namizədi, Bakı Avrasiya Universitetinin professoru, Azərbaycan Respublikasının sabiq təhsil naziri müavini.
Haqqında məlumatlar
23 may 1951-ci il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonunun Xırxatala kəndində anadan olub.
Təhsili
1958 – 1966-cı illərdə Xırxatala kənd səkkizillik məktəbində oxuyub.
1968-ci ildə Qutqaşen rayonunun Zarağan kənd orta məktəbini bitirib.
1969 – 1974-cü illərdə S.M.kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində,
1977 – 1981-ci illərdə Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1968 – 1969-cu illərdə Xırxatala kənd orta məktəbində pioner baş dəstə rəhbəri işləyib.
1974 – 1977-ci illərdə təyinatla İsmayıllı rayonunun Topçu kənd orta məktəbində,
1977 – 1978-ci illərdə Qutqaşen rayonunun Kiçik Pirəlli kənd orta məktəbində azərbaycan dili və ədəbiyyatı müəllimi,
1981 – 1986-cı illərdə Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə böyük elmi işçi vəzifəsində işləyib.
1985 – 1987-ci illərdə Azərbaycan SSR EA-nın “Elm” qəzetinin redaktoru,
1987 – 1988-ci illərdə Azərbaycan SSR EA Əlyazmalar İnstitutunda şöbə müdiri, aparıcı elmi işçi, baş elmi işçi,
1989 – 1991-ci illərdə “Azadlıq” qəzetinin redaktor müavini olub.
1991-ci ilin avqustunda “QKÇP” vaxtı yenidən “Azadlıq” qəzetinin redaksiyasına qayıdaraq 1992-ci ilin yanvarınadək burada müqavilə ilə baş müxbir,
1992 – 1993-cü illərdə Azərbaycan Respublikası xalq təhsili (ali və orta ixtisas təhsili; təhsil) nazirinin müavini işləyib[1][2] Müstəqil Azərbaycanın milli ideologiyaya əsaslanan tam yeni ilk proqram və dərslikləri (o sıradan orta məktəblərimiz üçün 7 ictimai fənn üzrə proqramlar və 82 adda dərslik) bu dönəmdə məhz onun rəhbərliyi altında hazırlanıb.
1993-cü ilin noyabrından Ali Diplomatiya Kollecinə (indiki Bakı Avrasiya Universitetinə) baş müəllim keçib və 2009-cu ilin oktyabrınadək orada dosent vəzifəsində çalışıb. 22 aprel 2011-ci ildən indiyədək həmin universitetin professorudur.
1996 – 1999-cu illərdə “Ay-Ulduz” nəşriyyatının direktoru,
1997 – 1999-cu illərdə “Məşvərət” bülleteninin (redaktor: Nəcəf Nəcəfov) redaktor müavini (1997-1999),
1998 – 2000-ci illərdə Azərbaycan Respublikasının sabiq prezidenti Əbülfəz Elçibəyin (1938-2000) özəl mətbuat katibi olub.
2000-ci ildə elmi-pedaqoji “Düşüncə” dərgisinin baş redaktoru olub.
2009-cu ildən 2015-ci ilin sonunadək AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışıb.
2012-ci ildən “Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri” toplusunun məsul redaktorudur.
2015-ci ildə yarım ilə yaxın Bakı Avrasiya Universitetinin 1-ci prorektoru – tədris işləri üzrə prorektoru işləyib.
Elmi və publisistik fəaliyyəti
1983-cü ildə “Azərbaycan dili dialekt və şivələrində əski türk leksik-qrammatik qatı (Şəki zonasının materialları əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
35 kitabın, 500-dən artıq artıq elmi, elmi-kütləvi və publisist yazının müəllifidir.
Hacı İsmayıl bəy Qutqaşınlı, Haşım bəy Vəzirov, Salman Mümtaz, Məşədi Azər Buzovnalı, Rəşid bəy Əfəndizadə, Mirabbas Mirbağırzadə, Məhəmmədəmin Darğazadə kimi Azərbaycan klassiklərinin bəlli olmayan bir çox əsərlərini üzə çıxararaq onları ərəb qrafikasından latın qrafikasına çevirib və ilk dəfə nəşr etdirib.
“Uşaq ensiklopediyası”nda (III cild, Bakı: “Azərbaycan Ensiklopediyası”, 1999) 16, “Diplomatiya: ensiklopedik lüğət”də (Bakı: “Diplomatiya”, 2005) 35 məqaləsi dərc edilib.
1930-cu illərdə repressiya olunmuş və adları unudulmuş bir çox Azərbaycan ziyalısını, Azərbaycan Cümhuriyyəti Parlamenti (1918 – 1920) üzvlərini, Cümhuriyyətin xaricə oxumağa göndərdiyi tələbələri də ilk dəfə öyrənərək Azərbaycanın və bir sıra xarici ölkələrin mətbuatında onlar haqqında geniş tərcümeyi-hal oçerkləri ilə çıxış edib.
- (Nailə Tahirzadə ilə birgə). Tarixi öyrənənlərə kömək. Bakı: “Səda” nəşriyyatı, 1995; “Ay-Ulduz” nəşriyyatı, 1997; “Kür” nəşriyyatı, 2000, 176 səh. (Başqa nəşrləri də var).
- Xırxatala kəndinin tarixi və uruqlarının soyağacı. Bakı: “Sabah” nəşriyyatı, 1996, 354 səh.
- Meydan: 4 il 4 ay. (Azərbaycan Xalq hərəkatı haqqında gündəlik-qeydlər). Bakı: “Ay-Ulduz” nəşriyyatı, 1997, I cild, 488 səh.; II cild, 416 səh.
- Elçi Bəy. Bakı: “Cümhuriyyət” qəzetinin nəşri, 1999, 354 səh.
- Elçibəylə 13 saat üz-üzə. Tərtibçisi, ön sözün və müsahibənin müəllifi Ədalət Tahirzadədir. Bakı: “Tanıtım” qəzetinin nəşri, 1999, 220 səh.
- İsgəndər Rzazadə – Azərbaycanın ilk energetiki. Bakı: “Kür” nəşriyyatı, 2000, 36 səh.
- Искендер Риза-заде – первый энергетик Азербайджана. Баку: изд-во «Кюр», 2000, 64 стр.
- Cəfər Kazımov – Sovet uranını tapanlardan biri. Bakı: “Kür” nəşriyyatı, 2001, 28 səh.
- Prezident Elçibəy. Bak: “Yeni Müsavat” qəzetinin nəşri, 2001, 420 səh.
- Elçibey’le 13 Saat. İstanbul: Turan Kültür Vakfı nəşri, Temmuz 2001, 295 səh.
- Əbülfəz Elçibəy: “Mən qurtuluşçuyam!”. Tərtibçisi, ön sözün və müsahibənin müəllifi Ədalət Tahirzadədir. Bakı: “Elçibəy kitabxanası” nəşriyyatı, 2002, 40 səh.
- Nadir şah Əfşar Bakı: “Kür” nəşriyyatı, 2002, 40 səh.
- Ağaməhəmməd şah Qacar. Bakı: “Kür” nəşriyyatı, 2002, 44 səh.
- Salman Mümtaz. Bakı: “Kür” nəşriyyatı, 2002, 16 səh.
- “Kitabi-Dədə Qorqud”un faciəsi. Bakı: “Kür” nəşriyyatı, 2002, 32 səh.
- Qurtuluş və bütövlük yolu. Bakı: “Elçibəy kitabxanası” nəşriyyatı, 2003, 376 səh.
- Şəkinin tarixi qaynaqlarda. Bakı: “Master” nəşriyyatı, 2005, 256 səh.
- Türkiyəmizdə 10 gün. Bakı: “Ləman Nəşriyyat Poliqrafiya” MMC, 2011, 176 səh.
- (Həbibulla Manaflı ilə birgə). Unutdurulmuş azman – Əliabbas Qədimov. (Ömür yoluna zindandan baxış). Bakı: “Apostroff”, 2012, 204 səh.
- Aşurovlar. Soyun sənədli tarixi. Bakı: “İndiqo”, 2014, 288 səh.
- Ашуровы. Документальная история рода. Баку: "Индиго", 2015, 288 стр.
- (Oğuztoğrul Tahirli ilə birgə). Azərbaycan Cümhuriyyəti tələbələri. (Tarixi arayış. Bəlgələr. Yaşamlar). Bakı: “TEAS Press”, 2016, XXII+1222 səh.
- Tahirzade Adalet, Ahmad Dilgam. Republiken Azerbajdzjan (1918-1920). (En kort historisk genomgång). Stockholm-Baku: “Nurlar”, 2018, 112 s. [Ə.Tahirzadə, D.Əhməd. Azərbaycan Cümhuriyyəti (1918-1920). (Qısa tarixi oçerk). İsveç dilində].
- Tahirzade Adalet, Ahmad Dilgam. Aserbajdsanske Republik (1918-1920). (Den korte historiske beskrivesle). Stockholm-Baku: “Nurlar”, 2018, 88 s. [Ə.Tahirza¬də, D.Əhməd. Azərbaycan Cümhuriyyəti (1918-1920). (Qısa tarixi oçerk). Dani¬mar¬ka dilində].
- (Misir Mərdanovla birgə). 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). I cild. A hərfi. Bakı: “Təhsil”, 2018, 480 səh.
- Azəri, ya zəban-e bastan-e Azərbaycan. (Cəvabiyyə). (Azəri, yaxud Azərbaycanın əski dili. (Cavabiyyə); farsca). Təbriz: “Qalan Yurd” nəşriyyatı, 1397 (2018), 87 səh.
- Тагирзаде Адалет, Ахмед Дильгам. Азербайджанская Республика (1918-1920). (Краткий исторический очерк). Баку: “Qanun”, 2018, 208 стр.
- (Misir Mərdanovla birgə). 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). II cild. B-Ə hərfləri. Bakı: “Təhsil”, 2019, 552 səh.
- (Akil Samedbeyli ilə birgə). Azatlık Elçisi Elçi Bey. İstanbul: “Doğu Kütüphanesi”, 2019, 352 səh.
- (Misir Mərdanovla birgə). 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). III cild. F-İ hərfləri. Bakı: “Təhsil”, 2019, 480 səh.
- “Azərbaycan Cümhuriyyəti” – ilk milli dövlətimizin gerçək adı! Bakı: “Çapar” Yayınları, 2020, 58 səh.
- (Dilqəm Əhməd ilə birgə). Azərbaycan Cümhuriyyəti. (Qısa tarixi oçerk). Bakı: “Çapar” yayınları, 2020, 196 səh.
- İmperator Nadir şah Əfşar. Bakı: “Qanun”, 2020, 40 səh.
- İmperator Ağaməhəmməd şah Qacar. Bakı: “Qanun”, 2020, 40 səh.
- Adalet Tahirzade, Dilgam Ahmad. Republiken Azerbajdzjan (1918-1920). Översättning av Saadat Karimi. Sivart Förlag. Tryckt hos Printon, Estland, 2020, 167 səh. [Ə.Tahirzadə, D.Əhməd. Azərbaycan Cümhuriyyəti (1918-1920). Tərcümə Səadət Kəriminindir. “Sivart Förlaq” nəşriyyatı. Estoniyada, Printonda çap edilib. 2020. İsveç dilində].
- (Misir Mərdanovla birgə). 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). IV cild. K-L hərfləri. Bakı: “Təhsil”, 2020, 536 səh.
- Meydan: 4 il 4 ay. Azərbaycan Xalq hərəkatı (1988-1992) haqqında gündəlik-qeydlər). Təkmilləşdirilmiş 2-ci nəşri. Bakı: “Qanun”, 2021, 1272 səh.
- (Misir Mərdanovla birgə). 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). V cild. M hərfi. Bakı: “Təhsil”, 2021, 616 səh.
Ailəsi
Evlidir. 2 oğlu və 1 qızı var.
İstinadlar
- ↑ "Ə. Ş. Tahirzadə haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 1992-ci il tarixli, 124 nömrəli Sərəncamı. e-qanun.az (azərb.)
- ↑ "Ə. Ş. Tahirzadə haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1993-cü il tarixli, 33 nömrəli Sərəncamı. e-qanun.az (azərb.)
Ədəbiyyat
- Ədalət Tahirzadə : [arx. 16.08.2021] : [azərb.] // “Qanun” nəşriyyatı. — Müraciət tarixi: 28.08.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkinin tarixi haqqında məlumat verən müəlliflər
- 23 mayda doğulanlar
- Mayda doğulanlar
- 1951-ci ildə doğulanlar
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə