Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əli Əhmədov (çəkməçi)

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:58, 29 noyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Əli Əhmədov
Əhmədov Əli Davud oğlu
Əli Əhmədov
Əli Əhmədov.
Digər adı Çəkməçi Əli dayı
Anadan olub 7 avqust 1934(1934-08-07)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat edib 4 mart 2016 (81 yaşında)
Vəfat etdiyi yer Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İxtisası çəkməçilik

Əli Əhmədov (1934–2016) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının çəkməçisi. Müxtəlif vaxtlarda 20 şair onun haqqında şeir yazmış, dövri-mətbuatda onun haqqında 52 məqalə çap edilmişdir. Bir sıra Azərbaycan klassik şairlərinin əsərlərini, o cümlədən, Nizaminin “Xəmsə”sini əzbər deyə bilirdi.

Haqqında məlumatlar

7 avqust 1934-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1952-cü ildə Bakıya köçüb.

Təhsili

Natamam – altıillik, orta təhsil alıb.

Hərbi xidmətdə

1954 – 1957-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1949-cu ildən sənət artelində Aydın ustanın yanında şagird olub.

1952 – 1954 və 1957 – 1959-cu illərdə Bakıdakı ayaqqabı sexlərində işləyib.

1959-cu ildən Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çəkməçi işləyib.

Təltif və mükafatları

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (1991).

Vəfatı

4 mart 2016-cı il tarixdə – 81 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Rəhimli Ş. Nizamini, Füzulini, Seyid Əzimi əzbər bilən alim kimi çəkməçi... - MÜSAHİBƏ : [arx. 20 Jul 2012 - 27 Jan 2021] // Modern.az. — 2012. — 17 aprel. — Müraciət tarixi: 29.11.2021.
  2. Çəkməçi "Əli dayı" - şəkillərdə : [arx. 29.11.2021] // BBC News Azərbaycanca. — 2013. — 29 aprel. — Müraciət tarixi: 29.11.2021.