Fikrət Cəfərov
Fikrət Cəfərov | |
---|---|
Cəfərov Fikrət Neymət oglu | |
Fikrət Cəfərov, 2006-cı il. | |
Anadan olub | 4 dekabr 1956 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Təhsili | Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1975–1979) |
Fikrət Cəfərov — Şəki şəhərinin sabiq meri; 2010–2015-ci illərdə Şəki şəhər bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar
4 dekabr 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1974-cü ildə Şəki şəhər 11 №-li orta məktəbi bitirib.
1975 – 1979-cu illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.
Hərbi xidmət
1979 – 1981ci illərdə hərbi xidmət borcunu zabit kimi yerinə yetirib.
Əmək fəaliyyəti
1982 – 1985-ci illərdə Şəki “Mebel” Firma mağazasının müdiri,
1985 – 1987-ci illərdə Şəki Rayon İstehlak Cəmiyyətinin sədr müavini,
1987 – 1989-cu illərdə Şəki Qarışıq Mallar Ticarəti İdarəsinin baş direktoru vəzifəsində çalışıb.
2000 – 2004-cü illərdə Şəki şəhər İcra Hakimiyyəti yanında Sahibkarlığın İnkişafına Yardım Mərkəzinin rəhbəri olub.
2005-ci ildən Şəki şəhər bələdiyyə sədrinin birinci müavini,
2010 – 2015-ci illərdə isə Şəki şəhər bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
İctimai-siyasi aktivliyi
1990-ci ildə Şəki Şəhər Xalq Deputatları Sovetinə deputat,
2004-cü və 2009-cu illərdə isə Şəki Şəhər Bələdiyyəsinə üzv seçilib.
2014-cü il bələdiyyə seçkilərində də iştirak etmiş, lakin seçilməmişdir.
1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Təltifləri
- Azərbaycan Respublikası Həmkarlar İttifaqı Komitəsinin “Bələdiyyə bayrağı” döş nişanı – bələdiyyə işində səmərəli fəaliyyətinə görə (14.08.2012).
Ailəsi
Ailəlidir, dörd övladı var.
Ədəbiyyat
- "CƏFƏROV FİKRƏT NEYMƏT OĞLU". https://belediyye.io.ua/ (azərb.). “Şəki bələdiyyəsi” qəzetinin saytı. 3 Dec 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |