Aydın Xəlilov
Aydın Xəlilov | |
---|---|
Xəlilov Aydın Rəmzi oğlu | |
Aydın Xəlilov | |
Aydın Xəlilov | |
Anadan olub | 6 dekabr 1955 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
• M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, elektrik mühəndisi ixtisası (–1980) • Marksizm-leninizm İnstitutu, partiya quruculuğu fakültəsi (–1983) |
Aydın Xəlilov — tanınmış elektrik mühəndisi və rəhbər kadr, “ASK Şəki SES” MMC-nin direktoru, Şəki şəhər bələdiyyəsinin sabiq üzvü və sədr müavini.
Haqqında məlumatlar
6 dekabr 1955-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1972-ci ildə Şəki şəhər M.Qorki adına 10 №-li orta məktəbini,
1980-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (elektirik muhədisi ixtisası üzrə),
1983-cu ildə isə Marksizm-leninizm İnstitutunun partiya quruculuğu fakültəsini bitirib.
Əmək fəaliyyəti
1973 – 1983-cü ildə Sumqayıt Sintetik Kauçuk zavodunda əvvəl çilingər, sonra elektrik montyoru, daha sonra isə baş usta,
1983 – 1985-ci illərdə Şəki Rayon Aqrar Sənaye Birliyində böyük elektrik mühədisi,
1985 – 1988-ci illərdə Şəki Şəhər Xalq Nəzarəti Komitəsində inspektor,
1988 – 1991-ci illərdə Azərbaycan KP Şəki Şəhər Komitəsinin təşkilat şöbəsində əvvəl təlimatçı, sonra partiya təşkilatçısı,
1991 – 1994-cü illərdə Şəki “İpək” Şirkətinin elektrik sexində növbətçi mühəndis,
1993 – 1996-cı illərdə Şəki İşıqlandırma İdarəsinin direktoru,
1996 – 2000-ci illərdə Şəki şəhər icra hakimiyyəti aparatında əvvəl sənaye, nəqliyyat və rabitə şöbəsində baş məsləhətçi, sonra şöbə müdiri, daha sonra isə şəhər təsərrüfatı şöbəsində böyük referent,
2000 – 2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin Şəki şəhər şöbəsinin rəisi,
2001 – 2002-ci illərdə “Şəki-Bazar” ASC-nin İH sədrinin müavini,
2002 – 2003-cü illərdə Şəki Olimpiya İdman Kompleksinin icraçı direktoru,
2003 – 2018-ci illərdə “Şəki Su Elektrik Stansiyası” ASC-nin idarə heyətinin sədri,
2004 – 2005-ci illərdə Şəki şəhər icra hakimiyyəti aparatında ümumi şöbənin müdiri,
2005 – 2010-cu illərdə Şəki şəhər bələdiyyəsinin üzvü və sədr müavini,
2018 – 2019-cu illərdə “ASK Şəki” MMC-nin direktoru vəzifəsində çalışıb.
2019-cu ildən “ASK Şəki SES” MMC-nin direktorudur.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |