Bahar Cəfərova
Bahar Cəfərova | |
---|---|
Cəfərova Bahar Cumay qızı | |
Bahar Cəfərova | |
Doğum tarixi | 3 may 1953 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri |
|
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Mükafatları |
Bahar Cəfərova – azərbaycanlı alim, filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru, Azərbaycan Respublikasının əməkdar müəllimi, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu Dissertasiya Şurasının üzvü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı.
Haqqında əlavə məlumatlar
1953-cü ildə Nuxada anadan olub.
1960 – 1970-ci illərdə Nuxa şəhər 11 saylı orta məktəbdə oxuyub.
1970 – 1974-cü illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutu) ingilis dili fakültəsində təhsil alıb.
İş yerləri və vəzifələri
1974-cü ildə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda laborant,
1974 – 1989-cu illərdə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda tərcüməçi,
1989 – 2009-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin əcnəbi dillər kafedrasında baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb.
2009 – 2017-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında humanitar fənlər kafedrasının rəhbəri olub.
2017-ci ildən Fövqəladə Hallar Nazirliyində Dövlət qulluğunda çalışır.
İkinci iş yerləri və vəzifələri
Müxtəlif illərdə Heydər Əliyev adına Hərbi Ali məktəbdə, Gömrük Komitəsinin Tədris mərkəzində, Özəl Naxçıvan Universitetində, Özəl Dağıstan Universitetində də işləyib, o cümlədən, Təfəkkür və Dağıstan universitetlərində kafedra müdiri olub, 2016-ci ildən isə Azərbaycan Texniki Universitetinin professorudur.
Elmi-pedaqoji fəaliyyəti
1994-cü ildə “Terminoloji lüğətlərin elmi əsasları və tərtibi prinsipləri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
1998-ci ildə dosent elmi adını alıb.
2006-cı ildə “İngilis və Azərbaycan dillərində felin zamanlar sistemi” (müqayisəli-tipoloji tədqiqat) mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
2009 – 2010-cu illərdə Azərbaycan Dillər Universiteti nəzdində filologiya elmləri doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının üzvü olub.
2012-ci ilin oktyabr ayında professor elmi adını alıb.
2013 – 2015-ci illərdə AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu Dissertasiya Şurasının üzvü olub.
2017 – 2019-cu illərdə Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü olub.
2020-ci ildə yenidən AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Dissertasiya Şurasına üzv seçilib.
Respublika və beynəlxalq konfranslarda iştirak edib.
Çoxlu sayda dərs vəsaitlərinin və proqramlarının elmi redaktorudur, doktorantlara rəhbərlik edib, doktorluq və namizədlik dissertasiyalarının opponenti olub.
2 monoqrafiyanın, 2 dərsliyin, 2 metodik vəsaitin, 7 biblioqrafiyanın, 3 tədris proqramının və 80-dən çox elmi məqalənin, 1 lüğətin və 1 şeir kitabının müəllifidir.
Mükafatları
- “Avropa nəşr mətbuat evi”nin qızıl medalı və diplomu (2013).
- “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adı (2013).
İstifadə edilmiş əsas mənbələr
- Məmmədov Ə., Xalıqov F. Cəfərova Bahar // Şəki: Alim və ziyalılar. — Bakı. — 2 cilddə. — Səh.: 100.