Əsabəli Salamov
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:00, 13 mart 2022 tarixli dəyişiklik
Əsabəli Salamov (1948–2021) — tanınmış musiqiçi–pedaqoq, uzun müddət Şəki Musiqi Texnikumunda dərs deyib.
Əsabəli Salamov | |
---|---|
Salamov Əsabəli Qurbanəli oğlu | |
Əsabəli Salamov. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 dekabr 1948 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 14 mart 2021 (72 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Dəfn yeri | Məhəmməd əfəndi qəbiristanlığı, Şəki, Azərbaycan |
Həyat yoldaşı | Xuraman Salamova |
Uşaqları | Mədinə, Aygün, Sayalı |
|
|
Musiqi aləti | tar |
Təhsili |
• Nuxa Musiqi Texnikumu (1965–1969) • Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1969–1974) |
Haqqında məlumatlar
22 dekabr 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1956 – 1965-ci illərdə Nuxa şəhər 7 №-li orta məktəbində,
1965 – 1969-cu illərdə Nuxa Musiqi Texnikumunda,
1969 – 1974-cü illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.
Əmək fəaliyyəti
1974-cü ildə Şəki şəhər 1 №-li musiqi məktəbinin direktoru vəzifəsində təyin olunub. Daha sonra əmək fəaliyyətini Şəki Musiqi Texnikumunda davam etdirib. 2003-cü ildə əmək təqaüdünə çıxıb.
Vəfatı
14 mart 2021-ci il tarixdə – 72 yaşında, Şəkidə vəfat edib. Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |