Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Mübariz (qəzet)

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:44, 24 iyul 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Picto infobox newspaper.png
Mübariz
Loqo
“Mübariz” qəzetinin redaktoru Həsən Şahgəldiyev (şəkil “Mübariz” qəzetin birinci nömrəsinin çapdan çıxmasının birinci ildönümü münasibəti ilə 23 oktyabr 1934-cü il tarixdə “Şəki fəhləsi” qəzetinin 1-ci səhifəsində dərc olunmuşdur).
Təsisçilər Nuxa MTS siyasi şöbəsi
Redaktor Həsən Şahgəldiyev
Yaranma tarixi 23 oktyabr 1933-cü il

“Mübariz” qəzeti (1933–?) — Nuxa MTS siyasi şöbəsinin orqanı. 23 oktyabr 1933-cü il tarixdən Nuxada (indiki Şəki) nəşr edilməsinə başlanılıb. 1933 – 1934-cü illərdə qəzetin redaktoru Həsən Şahgəldiyev, qəzet redaksiyasının əmkəkdaşlarından biri isə Sabit Rəhman olub[q 1]. Qəzetin birinci nömrəsinin çapdan çıxmasının birinci ildönümü münasibəti ilə 23 oktyabr 1934-cü il tarixli “Şəki fəhləsi” qəzetinin 1-ci səhifəsində Azərbaycan K(b)F Nuxa şəhər komitəsinin brinci katibi F.Abbasovun və “Şəki fəhləsi” qəzeti redaksiyasının “Mübariz” qəzetinə təbrikləri dərc olunmuşdur. Həmçinin, 1-ci səhifədə qəzetin redaktoru Həsən Şahgəldiyevin şəkli də verilib.

Qeydlər

  1. Sabit Rəhman artıq 1934-cü ildə Azərbaycan Dövlət Dram Teatrının ədəbi hissə müdiri vəzifəsində çalışıb. Həsən Şahgəldiyev isə 21 fevral 1935-ci il tarixdən “Şəki fəhləsi” qəzetinin məsul redaktoru idi.

Ədəbiyyat

Nuxa MTS siyasi şöbəsinin orqanı “Mübariz” qəzetəsinin bir yaşı tamam olmuşdur // Məmmədov M. Şəki fəhləsi : qəzet. — 1934. — В. 23 oktyabr. — Səh. 1.