Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
14 avqust
- Tanınmış ictimai-siyasi fəal, iş adamı, “Şəki Sərnişin” ASC-nin sədri Arzu Abdulhəmidov 14 avqust 1956-cı il tarixdə Kirovabad (indiki Gəncə) şəhərində anadan olub.
Şəkil: Arzu Abdulhəmidov.
|
14 avqust
- Tanınmış muğam ifaçısı və zil səsə malik olmuş ustad xanəndə Lütfəli Məmmədov (1919–1994) 14 avqust 1919-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, “Segah”, “Rast”, “Mahur”, “Şahnaz” muğamlarının, “Heyratı”, “Arazbarı”, “Mənsuriyyə”, “Qarabağ şikəstəsi” ritmik muğamlarının, “Nəbi”, “Gül açdı”, “Bəh-bəh”, “Sona bülbüllər” xalq mahnılarının əvəzsiz ifaçılarından biri hesab edilirdi.
Şəkil: Lütfəli Məmmədov, 1980-cı il.
|
|
14 avqust
- Tanınmış jurnalist, “Kaspi” qəzetinin əməkdaşı Rafiq Sədrəddinov (1945–2013) 14 avqust 1945-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, sovet dövründə Moskvada çıxan “Sovetski sport”, “Qudok” qəzetlərin Azərbaycan üzrə xüsusi müxbiri, Sov.İKP MK-nın orqanı olan “Pravda” qəzetinin Azərbaycan bölməsinin baş müfəttişi və s. vəzifələrdə çalışmışdır.
Şəkil: Rafiq Sədrəddinov, 2009-cu il.
|
14 avqust
- Tanınmış təhsil işçisi və pedaqoq Rəşad Rəşidov 14 avqust 1946-cı il tarixdə Nuxada (indiki Şəki), ziyalı ailəsində anadan olub. O, müxtəlif illərdə Şəki şəhər 91 №-li peşə məktəbinin direktoru, Şəki şəhər 1 №-li texniki peşə məktəbinin direktoru, Şəki Şəhər Təhsil Şöbəsində tərbiyə işinin istiqamətləndirilməsi üzrə metodist və s. vəzifələrdə çalışmışdır.
Şəkil: Rəşad Rəşidov.
|
|
|
|
<<əvvəlki gün 14 avqust sonrakı gün>>
Həmçinin, bax:
Xülasə sayı: 4 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)