Aydın Məmmədov2019.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Rəşad Rəşidov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Rəşad Rəşidov
Rəşidov Rəşad Məmməd oğlu
Rəşad Rəşidov
Rəşad Rəşidov.
Doğum tarixi 14 avqust 1946 (1946-08-14) (75 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Məmməd Rəşidov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Bakı Energetika Texnikumu (1960–1964)

V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, tarix fakültəsi (1969–1973)

Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universiteti (1976–1978)

Rəşad Rəşidov — tanınmış təhsil işçisi və pedaqoq; müxtəlif illərdə Şəki şəhər 91 №-li peşə məktəbinin direktoru, Şəki şəhər 1 №-li texniki peşə məktəbinin direktoru, Şəki Şəhər Təhsil Şöbəsində tərbiyə işinin istiqamətləndirilməsi üzrə metodist və s. vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

14 avqust 1946-cı il tarixdə Nuxada (indiki Şəki), ziyalı ailəsində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1953 – 1960-cı illərdə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbində,

1960 – 1964-cü illərdə Bakı Energetika Texnikumunda,

1969 – 1973-cü illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb.

1976 – 1978-ci illərdə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin dinləyicisi olub.

Hərbi xidmətdə[redaktə | HTML redaktə]

1965 – 1968-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1964-cü ilin dekabrında təyinatla Nuxa Elektrik Şəbəkəsində texnik-elektrik vəzifəsində işləməyə göndərilib.

1968-ci ilin dekabr ayından 1969-cu ilin iyul ayınadək “Azərelektroişıq” zavodunda tənzimləyici çilingər,

1973 – 1979-cu ildə Vartaşen (indiki Oğuz) şəhər 2 №-li tam orta məktəbində tərbiyə işləri üzrə təşkilatçı,

1979-cu ildə Vartaşen (indiki Oğuz) rayon Bayan kənd orta məktəbinin direktoru,

1979-cu ildən Şəki şəhər 43 №-li orta texniki peşə məktəbində tarix və hüquq müəllimi,

1981 – 1985-ci illərdə Şəki Şəhər Xalq Nəzarəti Komitəsinin inspektoru,

1985 – 1997-ci illərdə əvvəl Şəki şəhər 91 №-li peşə məktəbinin direktoru, sonra isə Şəki Şəhər Təhsil Şöbəsində tarix fənni üzrə metodist,

1997 – 2003-cü illərdə Şəki şəhər 1 №-li texniki peşə məktəbinin direktoru,

2004 – 2021-ci illərdə Şəki Şəhər Təhsil Şöbəsində tərbiyə işinin istiqamətləndirilməsi üzrə metodist vəzifəsində çalışıb.

Kitabları[redaktə | HTML redaktə]

  1. Bir zərrənin işığına milyonlar şərik (Bakı 2004-cü il, 60 səhifə) – kitabda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının orta məktəblərinin V-VI sinif şagirdlərinin beynəlxalq humanitar hüququn əsaslarının öyrənilməsinə həsr olunmuş inşa, yazı və rəsm müsabiqəsi qaliblərinin işləri toplanmışdır.
  2. Açılmamış səhifələr (Bakı, 2005-ci il, 114 səhifə) – Kitabda 1941–1945-ci illər müharibəsi üzrə qələbənin 60 illiyinə hazırlıq və yubileyin qeyd edilməsi üçün Milli Proqramın həyata keçirilməsi ilə bağlı hazırlanmış metodiki tövsiyələr, inşa, hekayə, sənədli hekayə, oçerk, məqalə, şeir, yaşlıların xatirələri, rəsm və esse nominasiyaları üzrə müsabiqə qaliblərinin işləri öz əksini tapmışdır.
  3. İbtidai siniflərdə tərbiyə işinin planlaşdırılması və onun həyata keçirilməsi metodikası (ibtidai sinif müəllimləri üçün metodiki vəsait, Bakı, 2011-ci il) – Azərbaycan Respublikası Təhsil Şurası idarə heyətinin qərarı ilə çap olunmuşdur. Redaktor pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevdir.
  4. Yenilənən məktəblərimizdə tərbiyə işinə yeni baxış (sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçılar üçün metodiki vəsait, Bakı, 2019-cu il) – Şəki Şəhər Təhsil Şöbəsi şurasının qərarı ilə çap edilmişdir.

Rəşidovların nəsil şəcərəsi[redaktə | HTML redaktə]

Rəşidovların nəsil şəcərəsi

Rəşidovların nəsil şəcərəsi[HTML redaktə]

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl Rəşidov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məmməd İsmayıl oğlu Rəşidov
 
Münəvvər Mürsəl bəy qızı Rəşidova (Qaragözova)
 
Əhməd Rəşidov
 
Fəridə Rəşidova
 
Səyyarə Rəşidova
 
Hüseyn Kazımov
 
Lətafət Rəşidova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rəna Rəşidova
 
Rəşad Rəşidov
 
Şəmsa Rəşidova
 
Namiq
Rəşidov
 
Mübariz
Rəşidov
 
Səadət Zeynalova
 
Afaq Rəşidova
 
Azər Rəşidov
 
Rəşidov İlkin
 
Tamella Məmmədova
 
Tofiq Kazımov
 
Elmira Rəcəbova

Şəkillər[HTML redaktə]