Köməkçi səhifə:Nikolay Dubrovin
Nikolay Dubrovin | |
---|---|
rus.: Николай Фёдорович Дубровин | |
![]() | |
Nikolay Dubrovin. | |
Doğum tarixi | (26 noyabr) 8 dekabr 1837 |
Doğum yeri |
Korıtovo kəndi(ru), Velikolukski qəzası(ru), Pskov quberniyası(ru), ![]() |
Vəfat tarixi | (12) 25 iyun 1904 (66 yaşında) |
Vəfat yeri |
Sankt-Peterburq, ![]() |
Vətəndaşlıq | Rusiya İmperiyası |
Elm sahəsi | tarix |
Atası | Fyodor |
Mükafatları |
![]() ![]() ![]() |
![]() |
Nikolay Dubrovin (1837–1905) — rus hərb tarixçisi, akademik, Rusiya imperator ordusunun general-leytenantı.
Bioqrafiya
8 dekabr (26 noyabr) 1837-ci il tarixdə Rusiya İmperiyasının Pskov quberniyasının(ru) Velikolukski qəzasının(ru) Korıtovo kəndində(ru) anadan olub.
Polşa kadet korpusunda(ru) (1853) və Konistantinov artilleriya məktəbində(ru) (1856) təhsil alıb.
Mixaylov artilleriya akademiyasını(ru) bitirdikdən sonra Leyb-qvardiyada(ru) – I artilleriya briqadasında, daha sonra qvardiya korpusunun artilleriya qərargahında və Peterburq dairə artilleriya idarəsində xidmət edib.
1869-cu ildə hərbi-tarixi mövzular üzərində işləməsi üçün Baş qərargaha(ru) ezam olunub.
1878-ci ildə general-mayor rütbəsi alıb.
1882-ci ildə Baş qərargah yanında hərbi təhsil komitəsinə üzv təyin edilib.
1888-ci ildə general-leytenant rütbəsi alıb[1].
1886-cl ildən — Peterburq Elmlər Akademiyasının üzvü,
1893-cü ildən — Peterburq Elmlər Akademiyasının mövcud bütün tarixlər üzrə baş elmi katibi(ru) idi.
Hərbi-ədəbi fəaliyyətə 1859-cu ildən – “Artilleriya Jurnalı”nda(ru) dərc olunmuş məqalələri ilə və «Rassvet» jurnalında dərc olunmuş “Dünya üçün ağıl” (rus.: Ум для света) adlı povesti ilə başlayıb. Daha sonra başlıca olaraq rus hərb tarixini tədqiq etməyə çalışıb, Napolyonun Rusiyaya hücumunu (1812)(ru) (rus.: Отечественная война 1812 года), Qafqaz müharibəsini və Krım müharibəsini ilk olaraq arxiv materialları əsasında işıqlandırıb.
Tanınmış hərb tarixçisi Lyubomir Beskrovnıya(ru) görə,
![]() |
N.K.Dubrovin XIX əsrin ikinci yarısının hərb tarixçiləri arasında xüsusi yer tutur. O, həmin dövrün hərb tarixi elmində məxsusi dəsti-xəttə malik olmaqla başqalarından fərqlənirdi. N.K.Dubrovinin maraq dairəsi geniş idi. O, hərb tarixi məsələləri ilə yanaşı, həm də Rusiyanın diplomatik və daxili siyasət tarixi ilə məşğul olmuşdu[2]. | ![]() |
İstinadlar
- ↑ Список генералам по старшинству(ru). Составлен по 1-е мая 1904 года. СПб., 1904, с. 160.
- ↑ Бескровный Л. Г. Очерки военной историографии России. — М., 1962, с. 241.
Ədəbiyyat
- А. Куник. Записка об ученых трудах Н. Ф. Дубровина. СПб., 1890.
- В. Е. Рудаков. Учёно-литературная деятельность Н. Ф. Дубровина «Исторический Вестник», 1904, № 9.
- В. Н. Строев. Воспоминания, «Русская старина», 1904.
- Перечень некрологов — в № 7, «Исторического Вестника» за 1904 г.
- Дубровин Николай Фёдорович // Энциклопедия Санкт-Петербурга.
- Список генералам по старшинству(ru). — Составлен по 1 мая 1903 года. — : Воен. тип., 1903. — С. 163.
- Л. Г. Бескровный. Очерки военной историографии России. М., 1962.
Xarici linklər
- Дубровин // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). — 1890—1907
- Хронос. Николай Фёдорович Дубровин
- Дубровин Николай Фёдорович. На сайте «Руниверс».
- Профиль Николая Фёдоровича Дубровина на официальном сайте РАН.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |