Tünzalə Məmmədzadə
Tünzalə Məmmədzadə | |
---|---|
Məmmədzadə Tünzalə Adışirin qızı | |
Tünzalə Məmmədzadə. | |
Doğum tarixi | 3 may 1983 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili |
• Bakı Pedaqoji Kolleci, ingilis dili müəllimliyi fakültəsi (1998–2002) • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, memarlıq və dizayn fakültəsi, bakalavriat (2004–2008) • Qərb Universiteti, moda dizayn fakültəsi, magistratura (2008–2010) • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, doktorantura (2011–2014) • Mərmərə Universiteti, Türkiyə Araşdırmaları İnstitutu, doktorantura (2014–2018) |
Adının digər versiyaları | Tunzale Memmedzade, Tunzale Mammadzade, Тунзале Мамедзаде, Түнзалә Мәммәдзадә |
facebook səhifəsi |
Tünzalə Məmmədzadə — tanınmış rəssam-dizayner; daha çox Qurani-Kərimin bütün mətnini ipək parça üzərinə köçürməsi ilə tanınır.
Haqqında məlumatlar
3 may 1983-cü il tarixdə Şəkidə anadan olub.
Təhsili
1990 – 1997-ci illərdə Şəki şəhər 18 saylı orta məktəbində,
1998-ci ildə isə Bakı şəhər 153 saylı orta məktəbində orta təhsil alıb.
Eyni zamanda Uşaq İncəsənət məktəbində musiqi (pianino) təhsili alıb.
1998 – 2002-ci illərdə Bakı Pedaqoji Kollecinin ingilis dili müəllimliyi fakültəsində orta ixtisas,
2004 – 2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının memarlıq və dizayn fakültəsində bakalavr,
2008 – 2010-cu illərdə Qərb Universitetinin moda dizayn fakültəsində magistr təhsili alıb.
2011 – 2014-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının,
2014 – 2018-ci illərdə Mərmərə Universitetinin Türkiyə Araşdırmaları İnstitutunun doktorantı olub.
Əmək fəaliyyəti
2012 – 2014-ci illərdə Bakı Humanitar Kollecində dizayn fənnini tədris edib.
2019-cu ildən Bakı Mühəndislik Universitetinin dəvəti ilə memarlıq və dizayn kafedrasında pedaqoji fəaliyyətini davam etdirir.
Yaradıcılığı
Ənənəvi olmayan dizaynlı memarlıq layihələrinin müəllifidir. Əsərləri Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Şəffaf ipək üzərinə qeyri-adi tablolar işləyə bilir. Qurani Kərimin bütün mətnini qızılı və gümüşü boyalarla qara ipək parça üzərinə köçürüb; o, bu işi həyata keçirmək üçün 3 il vaxt sərf edib.
İctimai aktivliyi
2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 113 saylı Şəki Şəhər Seçki Dairəsindən namizəd olmuş, lakin seçilməmişdir.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- T
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış rəssam və heykəltəraşlar
- Şəkidən çıxmış pedaqoqlar
- 113, 114 və 115 saylı seçki dairələrindən Milli Məclis üzvlüyünə namizədlər (2020)
- 3 mayda doğulanlar
- Mayda doğulanlar
- 1983-cü ildə doğulanlar
- Rəssam və heykəltəraşlar
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr