İkram İsrafil
İkram İsrafil | |
---|---|
İsrafilov İkram İsrail oğlu | |
İkram İsrafil, 2012-ci il. | |
Anadan olub | 16 yanvar 1964 |
Anadan olduğu yer | Bideyiz, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İxtisası | mexanik |
Təhsili | Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, mexanika fakültəsi |
Partiya | Müsavat Partiyası |
facebook hesabı |
İkram İsrafil — ictimai-siyasi fəal; 2006-cı ildə 41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Haqqında məlumatlar
16 yanvar 1964-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Bideyiz kəndində anadan olub.
Təhsili
Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirib.
Əmək fəaliyyəti
1984-cü ildən M.Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində növbə ustası,
1991 – 1993-cü illərdə əvvəl Sumqayıt aşqarlar zavodunun “Azadlıq” kiçik müəssisəsində sex rəisi, sonra isə “Xəzər” Səhmdar Cəmiyyətində şöbə rəisinin müavini,
1993-cü ildən sonra “Qalayçı” firmasının direktoru,
1996 – 2002-ci illərdə isə Sumqayıt şəhərində orta məktəb direktorunun müavini vəzifəsində çalışıb.
Milli Məclisdə
2006 – 2011-ci illərdə üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub (41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən). Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azərbaycan – Amerika Birləşmiş Ştatları, Azərbaycan – Böyük Britaniya, Azərbaycan – Braziliya, Azərbaycan – Norveç, Azərbaycan – Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
İctimai-siyasi aktivliyi
1980-cı illərdə M.Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində gənclər birliyinin sədri olub.
2020-ci ildə isə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd olmuş, lakin seçilməmişdir.
Müsavat Partiyasının üzvü olmaqla yanaşı, həm də bu partiyanın divanının və məclisinin üzvüdür.
Ədəbiyyat
- Arzuqızı P., İbrahimova U. «Müraciətimdən sonra İcra Hakimiyyətinin işçisi vəzifədən çıxarıldı» : [arx. 16.01.2021] // Modern.az. — 2013. — 27 noyabr. — Müraciət tarixi: 15.01.2023.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |