İftixar Əyyubsoy
İftixar Əyyubsoy | |
---|---|
Əyyubsoy İftixar Adil oğlu | |
İftixar Əyyubsoy. | |
Doğum tarixi | 4 fevral 1985 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
• Bakı Dövlət Universiteti, coğrafiya fakültəsi, bakalavriat (2002–2007) • Bakı Dövlət Universiteti, coğrafiya fakültəsi, magistratura, hidrologiya ixtisası (2009–2011). • Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Hidrometeorologiya” Elmi Tədqiqat İnstitutu, doktorantura (2011–) |
Həyat yoldaşı | Əyyubova Billur Famil qızı |
Evladları | Yusif və Neslihan |
İftixar Əyyubsoy — “Azərsu” ASC “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun kanalizasiya və yağış sularının layihələndirilməsi və ekspertizası şöbəsinin mühəndisi və layihə baş mühəndisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Hidrometeorologiya” Elmi Tədqiqat İnstitutunun doktorantı.
Haqqında məlumatlar
4 fevral 1985-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili
1991 – 2002-ci illərdə Şəki şəhər 11 saylı orta məktəbində,
2002 – 2007-ci illərdə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin bakalavriatında,
2009 – 2011-ci illərdə həmin fakültənin magistraturasında təhsil alıb.
2011-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Hidrometeorologiya” Elmi Tədqiqat İnstitutunun doktoranturasına qəbul olunub.
Hərbi xidməti
2006 − 2007-ci illərdə hərbi xidmətdə olub.
Elmi fəaliyyəti
“Oğuz-Qəbələ zonasında səth və yeraltı suların qarşılıqlı təsirinin tədqiqi” adlı mövzuda dissertasiya üzərində işləyir. 30-a yaxın elmi məqalənin müəllifidir.
Əmək fəaliyyəti
2007-ci ildə Şəki Regional Hidrometeorologiya Mərkəzində hidroloq vəzifəsinə işə başlayıb.
2010-cu ilin yanvar ayından “Azərsu” ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun kanalizasiya və yağış sularının layihələndirilməsi və ekspertizası şöbəsində mühəndis və layihə baş mühəndisi vəzifəsində çalışır.
İctimai-siyasi aktivliyi
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəsi
Bir oğlu və bir qızı var.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |