Aydın Əhmədov
Aydın Əhmədov | |
---|---|
Aydın Qaffar oğlu Əhmədov | |
Aydın Əhmədov | |
Doğum tarixi | 1934 | [[Kateqoriya:{{{3}}} qeyri-müəyyən ayda doğulanlar]]
Doğum yeri |
SSRİ Azərbaycan SSR, Şəki şəhəri |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | Geofizika |
İş yeri | Azərbaycan Geofizika Elmi-Tədqiqat İnstitutu |
Elmi dərəcəsi | Geologiya-mineralogiya elmləri doktoru |
Əhmədov Aydın Qaffar oğlu — geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan Geofizika Elmi-Tədqiqat İnstitutunun sabiq laboratoriya müdiri, Amerika geoloq-neftçi cəmiyyətinin üzvü, "Şəkidən başlandı uzaq səfərlər" elmi-populyar kitabının müəllifi.
Həyatı
Aydın Əhmədov 1934-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Türkmənistan, Özbəkistan və Sibirdə geoloji-geofiziki kəşfiyyat ekspedisiyalarında işləmiş, Moskva şəhərində aspiranturanı bitirmişdir. 1968-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edib geologiya-mineralogiya elmləri doktoru adını almışdır. Rusiyadan Azərbaycana qayıtdıqdan sonra Azərbaycan Geofizika Elmi-Tədqiqat İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır.
Əsas elmi nailiyyətləri
Aydın Əhmədovun elmi fəaliyyəti əsasən neft kəşfiyyatı problemlərinə həsr olunub. O, neft və qaz kəşfiyyatı üçün tomoqrafiya prinsipi əsasında yeni üsul - "Sınan dalğalarla dinamik eninə profilləmə metodu"nu kə.f etmişdir. Bu üsulla Qərbi Özbəkistanda 21 qaz və "Şəki" adlandırılmış neft yatağı tapılmışdır.
Əsas elmi əsərlərinin adları
1.Geofiziki məlumatlar və onların interpretasiyası, Bakı, "Qanun", 2001. [1]