Aydın Əhmədov
Aydın Əhmədov | |
---|---|
Əhmədov Aydın Qaffar oğlu | |
![]() | |
Aydın Əhmədov. |
Aydın Əhmədov (1934–2009) — tanınmış geofizik alim, geologiya-mineralogiya elmləri doktoru; uzun müddət Azərbaycan Dövlət Geofizika Elmi-Tədqiqat İnstitutunda/AMEA Geologiya İnstitutunda müxtəlif elmi vəzifələrdə çalışmışdır.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
20 iyun 1934-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1958-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.
1962 – 1965-ci illərdə Ümumittifaq Geofizika Elmi Tədqiqat İnstitutunun aspiranturasında (Moskva) təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1958 – 1962-ci illərdə Türkmənistanda, Özbəkistanda və Rusiyada (Sibirdə) geoloji-geofiziki kəşfiyyat ekspedisiyalarında çalışıb.
1965 – 1971-ci illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda əvvəl baş mühəndis, sonra elmi işçi,
1971 – 2007-ci illərdə Azərbaycan Dövlət Geofizika Elmi-Tədqiqat İnstitutunda/AMEA Geologiya İnstitutunda əvvəl baş elmi işçi, sonra laboratoriya müdiri, daha sonra aparıcı elmi işçi vəzifəsində çalışıb.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1968-ci ildə namizədlik dissertasiyasını,
1991-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib.
100-dәn çox elmi əsərin, o cümlədən, 1 monoqrafiyanın, 9 ixtiranın müəllifidir.
Neft və qaz kəşfiyyatı üçün tomoqrafiya prinsipi əsasında yeni üsul – “Sınan dalğalarla dinamik eninə profilləmə metodu”nu kəşf etmişdir. Bu üsulla Qərbi Özbəkistanda 21 qaz və “Şəki” adlandırılmış neft yatağı tapılmışdır.
Digər[Vizual/Mobil redaktə | HTML redaktə]
“Şəkidən başlandı uzaq səfərlər” adlı elmi-populyar kitabın müəllifidir.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
1 dekabr 2009-cu il tarixdə – 75 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Əhmədov A. Geofiziki məlumatlar və onların interpretasiyası. — Bakı: Qanun, 2011. — Səhifələrin sayı: 152. — Səh.: 3 – 4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 20 iyun 2021.
- ƏHMƏDOV Aydın Qafar oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. 261. — ISBN 978-9952-441-13-0.
- Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 194-196. — 1.000 nüsx.
Bildiriş[HTML redaktə]
...