Cavad İsmayıllı
Cavad İsmayıllı | |
---|---|
İsmayıllı Məmməd oğlu İsmayıllı | |
Cavad İsmayıllı | |
Anadan olub | 7 yanvar 1956 |
Anadan olduğu yer | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Cavad İsmayıllı (Cavad Məmməd oğlu İsmayıllı; d. 1956, Nuxa, Azərbaycan SSR, SSRİ) — ictimai-siyasi fəal. 2010 – 2020-cu illərdə Şəki şəhər bələdiyyəsinin üzvü olub.
Haqqında məlumatlar
6 yanvar 1956-cı il tarixdə Nuxada anadan olub.
Təhsili
1970-ci ildə Şəki şəhər 1 saylı orta məktəbin 8-ci sinifini bitirib.
1970 – 1974-cü illərdə Şəki Pedaqoji Texnikumunun əmək və rəsmxət şöbəsində təhsil alıb.
Hərbi xidmət
1975 – 1977-ci illərdə hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1977 – 1980-ci illərdə Şəki şəhər 14 saylı orta məktəbdə müəllim işləyib.
1980 – 1985-cı illərdə Rusiya Federasiyasının Xabarovski şəhərindəki Enerqomaş zavodunda sınaqçı mühəndis vəzifəsində çalışıb.
1985-ci ildə Azərbaycana qayıdıb və əmək fəaliyyətini 9 saylı məktəbdə davam etdirib.
İctimai-siyasi fəaliyyəti
2006-cı ildən Ümid partiyası Şəki rayon təşkilatının sədridir.
2009-cu və 2014-cü illərdə Şəki şəhər bələdiyyəsinin üzvü seçilib.
2019-cu il 23 dekabr tarixdə Azərbaycan Respublikasının ərazisində keçirililmiş bələdiyyə seçkilərində Ümid Partiyasından Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürülmüşdü. Lakin seçkinin başlanmasınadək namizədliyini geri götürüb.
Ailəsi
Ailəlidir, 1 övladı var.
Həmçinin, bax:
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin topladığı səslər (2019)
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin siyahısı (2019)