Əmanət Abbasova
Əmanət Abbasova | |
---|---|
Abbasova Əmanət Əsabəli qızı | |
Əmanət Abbasova, 1975-ci il. | |
Anadan olub | 1953 |
Anadan olduğu yer | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Təhsili |
Bakı Ali Partiya Məktəbi (19851987) Şəki Texnologiya Texnikumu ( – 1987) |
Mükafatları |
|
Əmanət Abbasova — Şəki İpək kombinatının toxucu fəhləsi, əmək qabaqcılı, Azərbaycan SSR Dövlət mükafatı və Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı. İki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, dörd dəfə Azərbaycan KP MK-nın üzvü seçilmişdir.
Haqqında məlumatlar
1953-ci ildə Nuxada anadan olub.
1965 – 1967-cı illərdə V.İ.Lenin adına Nuxa İpək Kombinatı nəzdindəki 69 №-li texniki peşə məktəbində peşə təhsili alıb.
1972-ci ildə axşam məktəbində orta təhsilini tamamlayıb.
1985 – 1987-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub.
1987-ci ildə Şəki Texnologiya Texnikumunu bitirib.
Əmək fəaliyyəti
1967-ci ildən – 14 yaşından, V.İ.Lenin adına Nuxa İpək Kombinatının toxucu istehsalatında toxucu peşəsində əmək fəaliyyətinə başlayıb.
1999-cu ildən əmək təqaüdünə çıxıb.
Təltif və mükafatları
- “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ) (1973);
- Azərbaycan SSR Dövlət mükafatı (1974);
- Azərbaycan SSR Lenin komsomolu mükafatı (1975);
- “Lenin” ordeni (1977).
Siyasi fəaliyyəti
1972-ci ildən Sov.İKP üzvü olub.
1976, 1981, 1986 və 1990-cı illərdə Azərbaycan KP MK-nın üzvü seçilib.
Dəfələrlə Azərbaycan KP Şəki şəhər partiya komitəsinin plenum üzvü seçilib.
İctimai fəaliyyəti
1975-ci ildə 144 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən IX çağırış Azərbaycan SSR Ali Sövetinin,
1980-cu ildə isə 166 nömrəli Şəki ikinci şəhər seçki dairəsi IX çağırış Azərbaycan SSR Ali Sövetinin deputatı seçilib.
Bir neçə dəfə Şəki şəhər sovetinin deputatı seçilib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Abbasova Əmanət // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 23 – 24. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1953-cü ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatları
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Lenin ordeninin kavalerləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr