Qoşqar Mustafayev
Qoşqar Asim oğlu Mustafayev | |
---|---|
Anadan olub | 25 iyun 1987 |
Anadan olduğu yer |
SSRİ Azərbaycan SSR, Şəki |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının “Tarix” fakültəsi |
Qoşqar Mustafayev (Qoşqar Asim oğlu Mustafayev; d. 1987, Şəki, Azərbaycan SSR, SSRİ) — 2010 – 2020-cu illərdə Şəki şəhər bələdiyyəsinin üzvü olmuşdur. 2019-cu il bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizəd olmuş, lakin seçilməmişdir.
Haqqında məlumatlar
1987-ci ildə Şəki şəhərində anadan olub.
2004-cü ildə Şəki şəhər 20 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Tarix fakültəsinə daxil olmuş və 2008-ci ildə ali təhsilini başa vurmuşdur.
2009-cu ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Kompüter mərkəzində kompüter mütəxəssisi vəzifəsində işləyir.
2009-cu və 2014-cü illərdə Şəki şəhər bələdiyyəsinin üzvü seçilmişdir.
Ailəlidir, 2 övladı var.
Yeni Azərbaycan Partiyasının üzvüdür. 2019-cu il bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü.
Həmçinin, bax:
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin topladığı səslər (2019)
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin siyahısı (2019)