Rasim Abbaszadə
Jump to navigation
Jump to search
Hüseynbala Abbasov | |
---|---|
Abbasov Hüseynbala Cabbar oğlu | |
Hüseynbala Abbasov. | |
Doğum tarixi | 1898 |
Doğum yeri | Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | aprel 1942 | (44 yaşında)
Vəfat səbəbi | döyüşdə itkin düşüb |
Uşaqları | Cabbarov Cavid, Cabbarzadə Şahid, Cabbarov Rauf, Abbasov Rasim, Abbasova Sevil |
Həyat yoldaşı | Abbasova Maral Adışirin qızı |
Hərbi fəaliyyəti | |
Rütbə | 1-ci dərəcəli texnik-intendant (rus.: техник-интендант 1 ранга) |
Hərbi hissə | 782-ci atıcı alay |
Hüseynbala Abbasov (–1942) — Böyük Vətən müharibəsində ikin düşmüş şəxs.
Haqqında məlumatlar
1898-ci ildə Nuxada (indiki Şəki) anadan olub.
1930-cu illərdə Azərbaycan KP Nuxa şəhər komitəsinin 3-cü konfransında və Azərbaycan KP Vartaşen rayon komitəsinin 2-ci konfransında plenum üzvü seçilib.
1941-ci il noyabr ayının 25-dən 782-ci atıcı alayın tərkibində 1-ci dərəcəli texnik-intendant (rus.: техник-интендант 1 ранга) olaraq Sevastopol şəhərinin müdafiəsində iştirak edib (6 fevral 1942-ci il tarixdə bu polk Sevastopol şəhəri ətrafındakı Balaklava adlı yerdə idi).
1942-ci ilin aprel ayında itkin düşüb.
Sovet dövrünün ortalarında Şəkidə tanınmış pedaqoqlar olmuş Mustafa Cabbarzadənin və Qurban Abbasovun böyük qardaşıdır.
Ədəbiyyat
- Аббасов Гусейнбала Джаббар : [arx. 16.05.2023] : [rus.] // Память народа. — Müraciət tarixi: 16.05.2023.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |