Qorxmaz Bəkirov
Qorxmaz Bəkirov – 1978 – 1991-ci illərdə Şəki 2717 nömrəli avtomobil dəstəsinin rəisi olmuuş, 1990-cı ildə Şəki Şəhər Sovetinə deputat seçilmişdir. Həmçinin, 1990-cı ildə 130 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, lakin seçilməmişdir.
Qorxmaz Bəkirov | |
---|---|
Bəkirov Qorxmaz Mürsəl oğlu | |
Anadan olub | 1940 |
Anadan olduğu yer | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat edib | +1991 |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Təhsili |
Bakı Energetika Texnikumu Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu |
Haqqında məlumatlar
1940-cı ildə Nuxada anadan olub.
Təhsili
Orta məktəbin yeddinci sinfini bitirdikdən sonra, əvvəl Bakı Energetika Texnikumunda, daha sonra isə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
1967-ci ildə Zaqqtala rayon rabitə qovşağınındə texnik vəzifəsində əmək fəaliyyətinə başlayıb. Sonra Şəki 6 nömrəli istismar rabitə qovşağında əvvəl mühəndis, daha sonra sahə rəisi vəzifələrində çalışıb.
1972-ci ildə “Azərkəndtexnika” birliyi Şəki şöbəsi müdirinin müavini müavini vəzifəsinə irəli çəkilib.
1978 – 1991-ci illərdə Şəki 2717 nömrəli avtomobil dəstəsinin rəisi olub.
İctimai-siyasi fəaliyyəti
1970-ci ildən Sov.İKP-nin üzvü olub.
1990-cı ildə Şəki Şəhər Sovetinə deputat seçilib.
1990-cı ildə 130 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, lakin seçilməmişdir[1].
İstinadlar
- ↑ 130 saylı 130 nömrəli Şəki ikinci şəhər seçki dairəsində bir deputat yerinə üç namizəd səsə qoyulmuş və onlardan heç biri seçilməmişdir. Dairə seçki komissiyası dairədə daha çox – 40,5 faiz səs toplamış Şəki İstehsal İpək Birliyinin baş direktoru Çingiz Yunus oğlu Əfəndiyev və 21,1 faiz səs toplamış Şəki şəhər 17 nömrəli məktəbin müəllimi Paşa Şaban oğlu Paşayev üzrə 1990-cı il oktyabrın 14-də təkrar səsvermə keçirmək haqqında qərar qəbul etmişdir. Təkrar səsvermədə Çingiz Əfəndiyev Azərbaycan SSR xalq deputatı seçilmişdir.
İstifadə edilmiş əsas mənbə
- Qorxmaz Mürsəl oğlu Bəkirov (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 22 sentyabr 1990. — № 25 – 26 (1959 – 1960). — Səh. 2.