Ənvər Qarayev
Ənvər Vahid oğlu Qarayev — Azərbaycanın dekorativ-tətbiqi sənət ustası, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002).
Ənvər Qarayev | |
---|---|
Qarayev Ənvər Vahid oğlu | |
Ənvər Qarayev | |
Doğum tarixi | 18 fevral 1947 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 29 yanvar 2011 (63 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Mükafatları |
Haqqında məlumatlar
18 fevral 1947-ci il tarixdə Nuxada, ziyalı ailəsində anadan olub.
Təhsili
1962-ci ildə Bakı şəhər 25 №-li orta məktəbiniin (Oktyabr rayonu, indiki Yasamal rayonu) 8-ci sinfini,
1967-ci ildə isə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib.
1967 – 1973-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.
Hərbi xidmət
1973-cü ildə institutu bitirdikdən sonra hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1975 – 1977-ci illərdə Uşaqların təsviri yaradıcılığı üzrə metodik mərkəzin direktor müavini,
1977 – 1981-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsində quruluşçu rəssam vəzifəsində çalışıb.
Yaradıcılığı
O, 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqı olmuşdur. Müxtəlif illərdə Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri və katibi vəzifələrində, eyni zamanda 20 ildən artıq "Göyərçin" jurnalında çalışıb.
Rəssam dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində fəaliyyət göstərmiş, eləcə də batika sənətinə yiyələnmişdir. Onun əsərləri dünya muzeylərində, qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır. Moskvadakı Şərq Muzeyində "Çovqan", Berlin Dekorativ İncəsənət Muzeyində "Cıdır", Antalya Rəssamlıq Qalereyasında "Türkün sözü" və başqa əsərləri sərgilənmişdir.[1]
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adı — 30 may 2002[2]
Vəfatı
29 yanvar 2011-ci il tarixdə – 63 yaşında, Bakıda vəfat edib. Bakıdakı köhnə qəbiristanlıqda dəfn olunub[3].
İstinadlar
- ↑ "Hər əsərində dekorativliyə meyl edən rəssam". yeniavaz.com. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.
- ↑ "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 30 may 2002. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.
- ↑ "Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri, əməkdar rəssam Ənvər Qarayev vəfat edib". apa.az. 2 fevral 2011. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Qarayev Ənvər // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 226 – 227. — 600 nüsx. — ISBN 5-8066-1708-4.