Rəna Dadaşova

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:48, 14 aprel 2021 tarixli dəyişiklik

Rəna Dadaşova (Dadaşova Rəna Bəhram qızı; d.  15 aprel 1935-ci ildə) – azərbaycanlı alim, fizika elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin fizika və elektroenergetika fakültəsinin dosenti.

Rəna Dadaşova
Dadaşova Rəna Bəhram qızı
Rəna Dadaşova
Rəna Dadaşova.
Doğum tarixi 15 aprel 1935 (1935-04-15) (89 yaş)
Doğum yeri ?
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri Sumqayıt Dövlət Universiteti
Elmi dərəcəsi fizika elmləri namizədi
Elmi adı dosent
Təhsili Azərbaycan Sənaye İnstitutu

Haqqında məlumatlar

1935-ci ildə anadan olub.

1953-cü ildə 5 saylı Nuxa şəhər orta məktəbini bitirib və həmin il Azərbaycan Sənaye İnstitutuna daxil olub.

1959-cu ildə Sumqayıtdakı “Neftqazavtomat” Elm-İstehsalat Birliyində əmək fəaliyyətinə başlayıb.

1972-ci ildə “İnduktiv vericilərin temperatur xətalarının təyini” mövzusunda dissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi alıb.

1975-ci ildən Sumqayıtdakı Ali Texniki Məktəbdə (Azərbaycan Sənaye İnstitutu (1992 – 2000), Sumqayıt Dövlət Universiteti (2000-ci ildən)) işləməyə başlayıb, orada baş müəllim, sonralar dosent, kafedra müdiri və dekan vəzifələrini tutub.

2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

Aidiyyəti linklər

Şablon:Yaxşı məqalə