Qəmər Məmmədova
Qəmər Məmmədova — Azərbaycan Respublikasının əməkdar artisti və əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisası. Bir neçə filmdə də rol oynamışdır.
Haqqında məlumatlar
10 sentyabr 1954-cü il tarixdə Bakının Biləcəri qəsəbəsində anadan olub.
Təhsili
1971 – 1975-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1975 – 1979-cu illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının,
1979 – 1983-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Tədris teatrının,
1983 – 2002-ci illərdə yenidən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının,
2002 – 2009-cu illərdə Azərbaycan Dövlət Gənclər Teatrının aktrisası olub.
2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.
Pedaqoji fəaliyyəti
2003-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. O cümlədən, bir müddət kütləvi tədbirlər və rejissorluq kafedrasının müdiri olub.
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı (2000);
- “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı (2013).
Ədəbiyyat
- Rəhimli İ. Qəmər Məmmədova // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı: 383. — Səh.: 280-284. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.